AMEA-da görkəmli kərkük tədqiqatçısı Əta Tərzibaşıya həsr olunmuş sənədli filmin təqdimatı keçirilib

AMEA-da görkəmli kərkük tədqiqatçısı Əta Tərzibaşıya həsr olunmuş sənədli filmin təqdimatı keçirilib
  • Cəmiyyət / Maraqlı

  • AMEA-nın Rəyasət Heyətində Kərkük Kültür Dərnəyinin ərsəyə gətirdiyi və görkəmli tədqiqatçı Əta Tərzibaşıya həsr olunmuş sənədli filmin təqdimatı keçirilib.

    Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, AMEA-nın Rəyasət Heyəti aparatının məsul əməkdaşları, həmçinin AMEA-nın İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının üzvləri, kərküklü şair və tədqiqatçı, Kərkük Kültür Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçi və AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri institutlarının nümayəndələri iştirak ediblər.

    Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli İraq türkmanları ilə Azərbaycan arasında ədəbi münasibətlərə toxunub, bu əlaqələrin qədim tarixi köklərə söykənən ortaq milli-mənəvi dəyərlərdən qaynaqlandığını bildirib. Ulu Öndər Heydər Əliyevin daim Kərkük-Azərbaycan əlaqələrinin inkişafına xüsusi diqqət yetirdiyini deyən akademik İsa Həbibbəyli son illərdə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dövlətimizin maraqlarından irəli gələrək AMEA-da İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının yaradıldığını söyləyib. Qeyd edib ki, ötən müddət ərzində şura tərəfindən İraq-türkman tarixi, dili, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası və folkloru ilə bağlı araşdırmaların əlaqələndirilməsi və sistemli koordinasiyası məqsədilə mühüm addımlar atılıb, bir sıra vacib tədbirlər keçirilib.

    Kərkük-Azərbaycan əlaqələrinin inkişafında görkəmli tədqiqatçı Əta Tərzibaşının tarixi xidmətləri olduğunu söyləyən AMEA rəhbəri bu il onun anadan olmasının 100 illik yubileyi münasibətilə Akademiyada “İraq-türkman folkloru və ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfransın keçirildiyini, Şəmsəddin Kuzəçinin müəllifi olduğu “Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” kitabının təqdimatının baş tutduğunu diqqətə çatdırıb.

    Həmçinin Kərkük-Azərbaycan əlaqələrinin inkişafında Ədəbiyyat İnstitutunun əməkdaşı professor Qəzənfər Paşayevin tarixi fəaliyyətlərinə toxunub, onun Kərkükün dünyadakı səsi olduğunu bildirib və alimin uzun illərə dayanaraq ərsəyə gətirdiyi “Altı il Dəclə-Fərat sahillərində” əsərinin İraq türkmanlarının pasportuna çevrildiyini söyləyib.

    Bundan əlavə, Ədəbiyyat İnstitutunun elmi işçisi Orxan İsayev tərəfindən ölkəmizdə Əta Tərzibaşıya həsr edilmiş ilk dissertasiya işinin yazıldığını və müdafiə ərəfəsində olduğunu vurğulayıb.

    Akademik İsa Həbibbəyli dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar İraqda keçiriləcək konfansda AMEA nümayəndələrinin də iştirak edəcəyini və bu ziyarətin ədəbi əlaqələrimizin inkişafına növbəti töhfəsini verəcəyini söyləyib.

    Bundan əlavə, Ədəbiyyat İnstitutunun elmi işçisi Orxan İsayev tərəfindən ölkəmizdə Əta Tərzibaşıya həsr edilmiş ilk dissertasiya işinin yazıldığını və müdafiə ərəfəsində olduğunu vurğulayıb.

    Akademik İsa Həbibbəyli dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar İraqda keçiriləcək konfansda AMEA nümayəndələrinin də iştirak edəcəyini və bu ziyarətin ədəbi əlaqələrimizin inkişafına növbəti töhfəsini verəcəyini söyləyib.

    Sonra Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin baş elmi işçisi professor Qəzənfər Paşayev çıxış edərək İraq türkmanlarına dair apardığı tədqiqatlardan, elmi-mədəni əlaqələrdən, İraqda tərcüməçi kimi çalışdığı illərdə fəaliyyətindən danışıb. 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar Azərbaycandan böyük nümayəndə heyətinin ədibin yubiley tədbirlərində iştirak etdiyini bildirib. O, dahi liderin İraqdakı soydaşlarımıza xüsusi rəğbət bəslədiyini, İstanbulda çıxan “Qardaşlıq” dərgisinə verdiyi müsahibəsində “Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır”, - sözlərini vurğuladığını diqqətə çatdırıb.

    Kərkük Kültür Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçi isə çıxışında Əta Tərzibaşının yaradıcılığına və ümumilikdə İraq türkmanlarına göstərilən diqqətə görə minnətdarlığını bildirib, son illərdə birgə əməkdaşlığımızın İraq-Türkman-Azərbaycan ədəbi əlaqələrini yüksək mərhələyə qaldırdığını söyləyib. O, birgə əməkdaşlığın daha da genişləndirilməsi üçün bir sıra tədbirlərin nəzərdə tutulduğunu, 2025-ci ildə Kərkük Mədəniyyət Günlərinin təşkil ediləcəyini bildirib, ərsəyə gələn film barədə məlumat verib.

    Sonda Kərkük Kültür Dərnəyinin ərsəyə gətirdiyi və görkəmli tədqiqatçı Əta Tərzibaşıya həsr olunmuş sənədli film nümayiş etdirilib. Filmdə akademik İsa Həbibbəyli, professor Qəzənfər Paşayev, elmi işçi Orxan İsayev də Əta Tərzibaşı yaradıcılığına dair fikirlərini, xatirələrini bölüşüblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər