Azərbaycan dünyaya bir daha öz qüdrətini göstərir

Azərbaycan dünyaya bir daha öz qüdrətini göstərir
  • Cəmiyyət

  • Azərbaycanın paytaxtı Bakı şəhəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edir. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etmək üçün seçilməsi Möhtərəm Prezidentimizin növbəti beynəlxalq qələbəsidir. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzindədir. Onu qeyd edək ki, dünyanın nüfuzlu konfransının məhz Azərbaycanda keçirilməsi ölkəmizə və onun liderinə göstərilən yüksək ehtiramın nəticəsi idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.Bəli, tarixi an baş verdi. Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirildi. Prezident İlham Əliyev ənənəvi olaraq açılış mərasimindəki çıxışında mühüm mesajlarla dünya gündəminin diqqət mərkəzinə oldu. 

    Möhtərəm  Prezident çıxışında  ilk növbədə 196 ölkənin COP29-un Bakıda keçirilməsi ilə bağlı yekdil qərarının Azərbaycana hörmət əlaməti və beynəlxalq aləmdə fəal rolumuzun qiymətləndirilməsi olduğunu vurğuladı.“Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük.

    Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.

    “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik.”

         “Bu gün isə mən bu auditoriyada, burada təkrar etmək istəyirəm: Bu, Tanrının bəxş etdiyi hədiyyədir. Hər bir təbii sərvət – istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis – bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər. İnsanlara onlar lazımdır. Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin, eyni zamanda, biz realist olmalıyıq.”

                Qlobal iqlim təhlükəsizliyi konfransının Liderlər Sammitinin açılış mərasimində nəyi, necə, nə vaxt etmək lazım olduğunu daha yaxşı bilən Prezident İlham Əliyev yaşıl gündəliyi ilə qlobal səylərə töhfələr verən ölkəmizin uğurlarını həzm edə bilməyən Qərbin yalan xəbərlər tirajlayan media ittihamçılarına, baykotçulara yerini göstərdi. Azərbaycan lideri həm də onu sübut etdi ki, ölkəmiz yalnız iqlim fəsadları və onun yaşatdığı problemlərin deyil, həm də ikili standartlar siyasətinin qurbanına çevrilmiş ölkələrin, xalqların, bir sözlə bəşər övladının taleyindən narahatdır. Dünyanı iqlim dəyişmələri ilə paralel, ikili siyasətin fəsadlarından da qorumağın vaxtı çatıb.

    2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi isə öz növbəsində dünyada bir ilkdir. Məhz bu il belə mötəbər tədbir COP29-la Azərbaycan dünyaya bir daha öz qüdrətini göstərəcəkdir.

       
     Allah Prezidentimizi və xalqımızı qorusun.

     

    Tağıyeva Əntiqə,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

     

     

     

     

     


    PAYLAŞ:

    Oxşar xəbərlər