Dağlıq rayonlarda 5 dərəcə şaxta olub

Dağlıq rayonlarda 5 dərəcə şaxta olub
  • Cəmiyyət / Maraqlı

  • Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən Leqal.az-a verilən məlumata əsasən, hava şəraiti əsasən yağmursuz keçib.

    Lakin 14-ü günün birinci yarısında bəzi şərq rayonlarında qısamüddətli yağış yağıb.

    Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3 mm, Neftçala, Lənkəranda 1 mm-dək olub.

    Yevlax, Zərdab, Şəmkir, Şamaxı, Qax, Qobustan, Lerikdə duman müşahidə olunub.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan MR-da 3, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər