Noyabr ayının 8-də Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin dördüncü ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd etdi. Həmin gün qalib ölkəmizin paytaxtında, Bakıda Ölkə Prezidenti cənab İlham Əliyev möhtəşəm Zəfər Parkının açılışını etdi. Bu, dövlət başçımızın öz xalqına növbəti böyük hədiyyəsi oldu. II Qarabağ savaşında əldə olunmuş Qələbə Azərbaycanın şanlı tarixinin ən şərəfli səhifəsi kimi xalqımızın qan yaddaşına yazıldı. Bu Qələbənin əldə olunması üçün minlərlə igid Azərbaycan oğulları öz qanlarını tökdülər, canlarını fəda etdilər.
Əlbəttə ki, xalqımız öz şəhidlərinin əziz xatirəsini heç zaman unutmayacaq və bu xatirənin əbədiləşdirilməsi baxımından da Zəfər Parkının əhəmiyyəti müstəsna dərəcədə böyükdür. Parkın açılış mərasimində xalqa müraciətlə çıxış edən möhtərəm Prezidentimizin dediyi kimi, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Azərbaycan həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, həm də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldı, öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdik. Qırx dörd gün ərzində qəhrəman Azərbaycan hərbçiləri yalnız irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdilər və sonda düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Vətən müharibəsində qazandığımız Şanlı Qələbənin təcəssümü olan Zəfər gününün birinci ildönümünü iftixar hissi ilə qeyd etdik. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsidir, Azərbaycan xalqının qürur mənbəyidir. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bütün dünya Azərbaycan xalqının, dövlətinin hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi.
Tarix göstərdi ki, cənab Prezident İlham Əliyevin bu qərarı da son dərəcə yeganə düzgün addım idi. Məhz bu qərar sayəsində Azərbaycan bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etdi. Dövlət başçımızın ondan sonra da apardığı məqsədyönlü və düşünülmüş siyasət, atdığı qətiyyətli addımlar nəticəsində ölkəmiz həm siyasi, həm də hərbi-strateji mövqelərini böyük dərəcədə gücləndirdi. Məhz cənab Prezident İlham Əliyevin uğurlu siyasəti və möhtəşəm diplomatıyası sayəsində ermənilər Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal etdikləri 4 kəndini bizə qaytarmağa məcbur oldular. Dövlət başçımızın dediyi kimi, Azərbaycan bütün hədəflərinə nail oldu. Ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi təmin edildi. Bu gün artıq keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar.
Ceyhun Hüseynov,
Masallı RMX, İƏ üzrə mütəxəssis