Prezident İlham Əliyevin Bakıda Zəfər parkının açılışında iştirak etmişdir

Prezident İlham Əliyevin Bakıda Zəfər parkının açılışında iştirak etmişdir
  • Cəmiyyət

  • Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ,xanımı Mehriban Əliyeva və oğlu Heydər Əliyev Bakıda Zəfər parkının açılışında iştirak ediblər.Cənab Prezident Azərbaycan bayrağını ucaldıb.Parkda olan Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub.Prezident İlham Əliyev Zəfər parkında xalqa müraciət edib.

     Müraciəti zamanı Zəfər Günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edib,Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib.Möhtərəm Prezidentimiz 44 gün davam edən Vətən müharibəsini xalqımızın şanlı tarixi adlandırıb və qeyd edib ki,Azərbaycan əsgəri şəhid olmuş oğullarımızın qisasını döyüş meydanında almış,ğz ərazi bütövlüyünü,suverenliyini bərpa etmişdir.

    Cənab Prezident qeyd etmişdir ki, 44 günlük müharibə ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığının, fədakarlığını,xalqımızın əzmini bütün dünyaya nümayiş etdirmişdir.

    Dövlətimizin başçısı Azərbaycana qarşı olan Ermənistanla döyüş meydanında qarşılaşmaqdan ötrü güclü ordunun yaradılmasından,iqtisadi inkiafın təmin edilməsindən danışaraq bildirmişdir ki,Azərbaycan Ermənistandan fəqli olaraq yalnız öz gücünə güvənirdi.Biz beynəlxalq tribunalarda öz sğzümüzü deməyi bacarırdıq,xalq-iqtidar bir idi,yetişən gənc nəsil vətənpərvər ruhda böyüyürdü.

     Ermənistan ordusu təkcə sərhədyanı əraziləri deyil,dinc şəhərlərimizi belə müxtəlif dağıdıcı silahlarla atəşə tutmuşdur. Amma bu xalqımızın iradəsinə zərrə qədər də təsir etməmişdir.

     Bizim ən böyük qələbəmiz 8 noyabrda Şuşanın azad olunması idi.Bu,tarixi qələbə idi.Bu qələbə düşməni məhv etdi və cəmi bir gün sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.

     Bütün bu şanlı tarixi xalqımız öz qanı,öz canı ilə yazdı.İndi işğaldan azad olan ərazilərdə quruculuq işləri aparılır.Biz müharibə istəmirik,amma bizə qarşı aparılan təxribatların qarşısını da almağa hazırıq.Bizim zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyildi,eyni zamanda onların arxasında duran havadarlarının acı məğlubiyyəti idi.

     Daha sonra cənab Prezident şəhərimizin ən gözəl yerlərindən birində salınan Zəfər parkının açılışından danışıb.Parkla bağlı öz fikirlərini söyləyib.Gələcəkdə yaradılacaq Zəfər muzeyi haqqında da ətraflı məlumat verib.

     Çıxışının sonunda Azərbaycan xalqını və qüdrətli Azərbaycan ordusunu alqışlayaraq:” Qarabağ Azərbaycandir!”-deyib.

     

    Ş.Xəlilova
    S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi


    PAYLAŞ:

    Oxşar xəbərlər