Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik, çox ağıllı, çevik bir şəraitdə 30 il həsrət qaldığımız doğma yurdumuz — Zəngilan da düşmən tapdağından azad olundu və mənfur düşmənlərdən təmizləndi. Möhtəşəm Qələbədən sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilr. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev hər dəfə tarixi səfərlərində Zəngilan və ya digər rayonlara gedərkən görülən işlərlə yerindəcə tanış olur, açılışa hazır olan obyektlərin açılışını edir, yenilərinin təməlini qoyur.
Məhz 2021-ci il aprelin 26-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarına səfərində bir sıra vacib məqamlarla yadda qalmışdır. Bu səfər Azərbaycanın irimiqyaslı layihələrin icrasına başlanması baxımından güclü potensiala sahib olduğunu əks etdirmişdir. Səfər çərçivəsində dövlət başçımız 3-cü Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsi ilə yaxından tanış olmuşdur. Layihənin icrasının əsasən 5 komponent üzrə aparılması planlaşdırılmışdır ki, bura yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələri daxildir. Görülən işlərdə ən diqqətçəkən məqamlardan biri isə Qarabağın bərpasının məhz dost ölkələrlə birlikdə həyata keçirilməsidir. "Ağıllı kənd" pilot layihəsinin Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin iştirakı ilə həyata keçirilməsi və Prezident İlham Əliyevin sözügedən şirkətlərin nümayəndələri ilə videoformatda görüşü həmin dövlətlərlə Azərbaycan arasında dostluq münasibətlərinin daha bir təzahürü idi.
Təməli Zəngilan rayonunda qoyulan beynəlxalq hava limanı və Horadiz-Zəngilan avtomobil yolu regionun gələcək perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir. Zəngilanın coğrafi mövqeyi, eləcə də rayonun imkanları ərazini beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirməyə imkan verir. Beynəlxalq hava limanının inşası üçün məhz Zəngilanın seçilməsi bütün bunları bir daha təsdiqləyir. Füzuli, Zəngilan və Laçın rayonunda inşa edilən beynəlxalq hava limanları Qarabağ və Zəngilan da daxil olmaqla bütün Şərqi Zəngəzur zonasını əhatə edir. Eyni zamanda, buradan keçəcək dəmir və avtomobil yolu Naxçıvana rahat gediş-gəlişə imkan yaradacaq. Bu baxımdan Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında bu hava limanı müstəsna rol oynayacaq.
Prezident İlham Əliyevin Cəbrayıla və Zəngilana səfərindən sonra quruculuq işləri daha sürətlə davam etdirildi və qısa müddətdə Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanıldı. 2022-ci il iyulun 25-də "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatdı. Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan 10 ailə - 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə məskunlaşdı. Kənd sakinləri, həmçinin yüksək keyfiyyətli, "ağıllı" texnologiyalarla təchiz edilmiş evlərlə təmin olundu. Əhalinin məşğulluq, sosial, təhsil, səhiyyə məsələləri və s. müvafiq qurumlar tərəfindən həll edilmişdir. Böyük Qayıdışın növbəti mərhələsində bu il mart ayının 3-də daha 10 ailə Ağalı kəndinə köçürülmüşdür. Bütün bunlar onu deməyə əsas verir ki, işğaldan azad olunmuş ərazilərdə yaradılan şərait dünyaya nümunə olacaq.
Ölkə başçısının 2023-cü ilin may ayının 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri dəyadımızdadır. Belə ki, dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış oldu, Cəbrayıl rayo¬nunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak etdilər. Bütün bu işlər, təbii ki, Azərbaycan ictimaiyyəti tərəfindən böyük maraqla izlənilir və yüksək qiymətləndirilir.
Digər tərəfdən, 30 il ərzində ev-eşiyindən ayrı salınmış soydaşlarımız da doğma ocaq¬larına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bu mənada Prezidentin hər bir səfəri böyük ümid və intizarla izlənilir. Eləcə də yeni obyektlərin və infrastruk¬turun tikintisi insanlarda sabaha ümid yaradır. Qeyd edək ki, dövlətimizin başçısı və birinci xanım səfər çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanının və “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidinin tikinti işləri ilə tanış oldular, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak etdilər. Eyni zamanda, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olundu. Həmin xaxt Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanış olarkən Prezidentə və birinci xanıma məlumat verildi ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulmuş və ümumi uzunluğu 123,6 kilometr olan bu yolun tikintisi sürətlə davam etdirilir. Başlan¬ğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürən yol birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 77 kilometrlik hissəsi altı, qalan 46,6 kilo¬metrlik hissəsi isə dörd hərəkət zolaqlı olacaq. Yol boyunca üç avtomobil tuneli inşa edilir. Tunellərdən birində qazma işləri artıq yekunlaşıb, hazırda beton işləri icra olunur. Digər iki tuneldə isə qazma işləri davam etdirilir.
Həmçinin bu yolun üzərində 15 avtomobil körpüsü, 5 yolötürücü və 54 yeraltı keçidin inşası nəzərdə tutulub. Hazırda 14 körpü, 3 yolötürücü və 38 yeraltı keçidin tikintisi aparılır. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir, ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası bu bölgənin inkişafı baxımından mühüm amil olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcək. Gələcəkdə isə əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaq. Çünki bu bölgə Azərbaycanın ən gözəl diyarlarındandır - meşələri, çayları, gölləri. Misilsiz ekosistemə malik olan Zəngilan bizim ən böyük sərvətlərimizdən biridir”, - deyə dövlətimizin başçısı vurğulayıb. Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik. Çünki onun coğrafi yerləşməsi bunu labüd edir. Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Bu, düşmənin vandalizminə məruz qalan Zəngilan məscidinin bərpası ilə bağlıdır.
Zəngilanı bizə qaytaran, döyüşlərdə şücaət və vətənpərvərlik göstərən oğulların xidməti dövlət tərəfindən qiymətləndirilib. Silahlı Qüvvələrin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib. Qazandığımız bu möhtəşəm Zəfərə görə Azərbaycanın igid övladları hər zaman başımızın tacı olacaq, şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq! Zəngilan isə dünyanın gözəl şəhərlərindən birinə çevriləcək, düşmənə göz dağı olacaq...
Arif MEHTİYEV,
YAP Masallı Rayon Təşkilatının Bədəlan ərazi təşkilatı üzrə sədri.