-Əziz cəbrayıllılar, əziz dostlar, sizi səmimiyyətlə salamlayıram və “Cəbrayıla xoş gəlmisiniz” deyirəm. Cəbrayıllılarla müzəffər Ordumuzun Qələbəsindən sonra ilk görüşümdür və bu görüşü məhz oktyabrın 4-də keçirmək xüsusi məna daşıyır. Çünki düz bir il əvvəl məhz oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğalçılardan azad etdi və bu gün bu şanlı tarixi birlikdə qeyd etmək üçün mən cəbrayıllıları onların öz yurduna, vətəninə dəvət etdim Ona görə “Cəbrayıla xoş gəlmisiniz” demək sözləri ilə öz çıxışıma başlayıram. Amma əminəm ki, bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə “Xoş gəlmisiniz, cənab Prezident” deyəcəklər. – 2021-ci ilin 4 oktyabrda Cəbrayıllılar görüşündəki çıxışında fikirlər bu kündə aktual olaraq qalır. Ancaq bir fərq var- 4 oktyabr 2024-cü il tarixdə artıq cəbrayıllılar - “Xoş gəlmisiniz, cənab Prezident”-deyərək qarşıladılar...
Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib.Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Sahəsi 1049 kvadrat kilometrdir. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi- Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub.
Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Çirkin bir müraciətdir, Azərbaycanın iradəsinə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, ölkəmizə qarşı olan düşmənçilik siyasəti səngimək bilmir.
Dövlət başçısı deyib: “O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı zamanı cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdılar. Artıq o günlər arxada qalıb. Qarabağ və Şərqi Zəngəzurda aparalan sürətli tikinti-quruculuq işlərindən sonra keçmiş məcburi köçkün soydaşlarımız böyük sevinclə dogma yurdlarına qayıdırlar.
Vətən Müharibəsində qazandığımız tarixi Qələbə ilə Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamasına son qoyuldu. BMT-nin stolüstü sənədə çevrilmiş 4 qərnamənin şətrləri icra olunaraq həyata keçirildi. Şanlı Zəfərdən bir həftə sonra Prezident, Qəhrəman Ali BaşKomandan və bütün sahələrdə ona arxa-dayaq olan Birinci vitse-prezident işğaldan azad edilmiş ərazilərə səfərlərə başladılar və o gündən də həmin ərazilərdə yenidənqurma, tikinti-abadlıq işlərinin əsası qoyuldu. Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Son dörd ildə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri bir daha təsdiqlədi ki, dünyanın heç bir ölkəsində işğaldan, müharibələrdən əziyyət çəkmiş dövlətlər Azərbaycanda olduğu kimi, sürətlə və keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib və hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur.
Torpaqlarımızın işğaldan azad edilməsi prosesi ilə bağlı bütün önəmli məqamlara diqqət çəkməklə yanaşı, Azərbaycana qarşı uzun illərdən bəri aparılan böhtan və qarayaxma kampaniyalarının mahiyyətini bütün detalları ilə ifadə edir və dünyadakı mövcud mənzərəni göz önündə sərgiləyir.
Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 ilə yaxın bir zaman kəsiyində təcavüzkar, vandal, dəhşətli və amansız müharibə cinayətlərinə yol verən, azərbaycanlılara qarşı soyqırım aktları həyata keçirən Ermənistana qarşı heç bir
sanksiya tətbiq etməyən, əksinə işğalın davam etməsinə çalışanların bu gün ölkəmizə qarşı sanksiya çağırışları siyasi ikiüzlülüyün, riyakarlığın bariz nümunəsidir. Fransanın, Birləşmiş Ştatların və onların əlaltılarının eyni mərkəzdən idarə olunan təsisatlarının ölkəmizə qarşı nümayiş etdirdikləri davranışları nankorluq kimi qiymətləndirilir.
İstənilən ideoloji təxribatın Azərbaycanda kök salması qeyri-mümkündür.
Əfrail Fərziyev,
Masallı rayonu.
YAP veteranı.