Masallıda Prokurorluq işçilərinin Peşə bayramının 106-cı ildönümü qeyd olundu

Masallıda Prokurorluq işçilərinin Peşə bayramının 106-cı ildönümü qeyd olundu
  • Cəmiyyət

  • Masallı rayonunda Prokurorluq işçilərinin Peşə bayramı qeyd olunmuşdur.

    Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, Masallı rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, Masallı rayon Prokuroru Vəli Mustafayev, digər hüquq mühafizə orqanları rəhbərləri və əməkdaşları iştirak etmişlər.

    Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, sonra Masallı şəhər Qəhrəmanlar Parkı-Şəhidlər Abidə Kompleksini ziyarət edərək şəhidləri yad etmiş, Ümumilli Lider və şəhidlərin ruhuna dualar oxumuşlar.

        










    PAYLAŞ:

    Oxşar xəbərlər