Qarabağ Universiteti ölkəmizin aparıcı ali məktəblərindən olacaq

Qarabağ Universiteti ölkəmizin aparıcı ali məktəblərindən olacaq
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi Şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.Ölkə rəhbəri tədbirdə çıxış edib.
       
    Çıxışa başlayan dövlət başçısı əvvəlcə bütün Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib və bildirib ki, 20 sentyabr tarixi bundan sonra daha geniş şəkildə qeyd olunacaq.
         
    Prezident İlham Əliyev bir il bundan qabaq Azərbaycan ordusunun dövlət suverenliyini tam bərpa etməsindən danışdı.Prezident bildirdi ki, bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində Azərbaycan öz suverenliyinə qovuşdu.Bu günü bizə yaşadan hərbçilərimizə borcluyuq.Biz onların xatirəsini həmişə əziz tuturuq və bundan sonra da tutacağıq.Bizim qəhrəman oğullarımız üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur.
       
    Daha sonra Prezident İlham Əliyev həm 44-günlük Vətən müharibəsindən,eyni zamanda 23 saat davam edən antiterror əməliyyatlarının təhlilini apararq ətraflı məlumat vermişdir.Bu müharibə bir daha sübut etdi ki, azərbaycan xalqına qarşı olan ədalətsizlik əbədi davam edə bilməz.Çünki dünyada ədalət deyilən bir şey var.Biz bu ədaləti əldə edə bildik.44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də, heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur.
         
    Çıxış zamanı cənab Prezident gənclərə də səsləndi.O qeyd etdi ki,bizdən sonra gələn nəsil,gənclər də bu yolla getməlidirlər.Gənclərimiz milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə,ənənələrinə,mənəvi dəyərlərinə sadiq olmalıdırlar,heç kimin təsiri altına düşməməlidirlər.Bunun üçün həm orta məktəblərdə, həm də ali məktəblərdə müəllimlərin üzərinə çox böyük vəzifə düşür.
       
    Cənab Prezident müəllimlərimizin işini xüsusi vurğulayıb.Prezident ilham Əliyev qeyd edib ki,gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların rolu böyükdür.
       
    Ölkə rəhbəri həm də Qarabağ Universitetinin açılışı ilə bağlı məlumat verdi.Cənab Prezident xüsusilə qeyd etdi ki, universitetin açılışı başqa vaxta da təsadüf edə bilərdi,amma biz bu günü seçdik.Çünki 20 sentyabr artıq bizim şanlı tariximizdir.Qarabağ Universitetinin yaradılması özü bir tarixi hadisədir.Prezident universitetin yaradılması barədə də ətraflı məlumat verdi.Universitetdə yaradılan şəraitdən danışdı.Qeyd etdi ki,universitetdə 1200 tələbə var.Bura ölkəmizin müxtəlif bölgələrindən tələbə axını olub,xüsusən, 600-dən  yuxarı  bal toplayan tələbələrimiz var.Onlar buranı böyük həvəslə seçiblər.İnanırıq ki, Qarabağ Universiteti ölkəmizin aparıcı ali məktəblərindən olacaq.
         
    Cənab Prezident keçmişə də nəzər salaraq olanları bir daha xatırlayıb.Daha sonra cənab Prezident bir daha hamını ürəkdən salamlayıb, Qarabağda olmaq, onlarla görüşməkdən şad olduğunu bildirib.Müəllim və tələbələrə uğurlar arzulayıb.





    Ş.Xəlilova
    S.Xəlilov adına Masallı rayon  Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi


    PAYLAŞ:

    Oxşar xəbərlər