Sabah bəzi rayonlarda leysan yağacaq, temperatur aşağı düşəcək

Sabah bəzi rayonlarda leysan yağacaq, temperatur aşağı düşəcək
  • Cəmiyyət / Maraqlı

  • Sentyabrın 16-sı axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Bu barədə Leqal.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Qeyd olunub ki, havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək.
    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər