2023-cü ilin sentyabrında başlanan, Azərbaycanın Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması məqsədi daşıyan antiterror əməliyyatı 44 günlük Vətən müharibəsi kimi, ölkəmizin məcbur qalaraq atdığı addımlardan biri kimi tarixin qızıl səhifələrinə düşdü. Ona görə ki, düz otuz ildən artıq müddətdə Azərbaycan qlobal güclərin nümayəndələrindən ibarət vasitəçilərin problemin sülh və danışıqlar yolu ilə həllinə nail olacaqlarınabel bağlamışdılar. Amma əksini gördük. Danışıqlar prosesi uzandıqca rəsmi Bakı səylərin nəticəsiz qalacağına ümid etdi; gözlənilən ümidlər fayda vermədi. Məlumdur ki, ATƏT-in Minsk qrupu vasitəçilikdən daha çox erməni təəssübkeşliyi ilə məşğul idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib ki, 20 il ərzində bir ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir. Ermənistanın dırnaqarası müstəqillik tarixinin rüsvayçılıq tarixi olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, bütün Ermənistan rəhbərləri hakimiyyətə qanunsuz yollarla gəliblər. Ölkənin, sadəcə olaraq, tarixinə baxmaq kifayətdir ki, bunun təsdiqini görəsən. -... Bu, terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı. Belə çıxır ki, Ermənistan prezidentləri rüşvətxor olublar və ikisi də indi cinayət məsuliyyətinə cəlb edilib.
Onların generalları oğru olublar, əsgərlərin tuşonkasını bazarlarda satdırıblar. Onların qəhrəmanları faşist, terrorçu və cinayətkar olublar. Bax, budur, bugünkü Ermənistan. İndi baxın görün son iki il ərzində nələr baş verir. Belə olan halda mənzərə tam üzə çıxacaq. Son iki il ərzində Ermənistanda diktatura rejimi formalaşıb. Xunta getdi, diktatura gəldi. Ermənistanda insan haqları kobudcasına pozulur, jurnalistlər həbs olunur... Ermənistanda konstitusiya kobudcasına pozulur və konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər ancaq referendumla edilə bilərdi. Siyasi opponentlər təqib edilir, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığı götürülür, onlar hədələnir, onların qohumlarına qarşı cinayət işləri açılır, hakimiyyət zəbt edilib, hakimiyyət bölgüsü tamamilə mövcud deyil. Baş nazir həm hakimdir, həm prokurordur, həm icra orqanının rəhbəridir, həm də sanki parlamentin sədridir. Qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıbdır...- deyə cənab İlham Əliyev çıxışında söyləyib.
Ümumiyyətlə ölkə başçısı – Azərbaycan Prezidenti bütün çıxış və müsahibələrində dəfələrlə qeyd etdiyi kimi, ermənilər sonda o qədər həyasızlaşdılar ki, Azərbaycanın Qarabağı unutmağa hazır olması barədə bəyanatlar da verməyə başladılar. Azərbaycan isə bu zaman artıq öz taktikasını dəyişmişdi. Amma o da vardı ki, danışıqların müharibə ilə əvəz olunacağını heç kim göz önünə belə gətirmirdi.
Antiterror əməliyyatının həyata keçirilməsi, daha doğrusu, Azərbaycanın növbəti dəfə hərbi vasitələrdən istifadə etməyə məcbur qalması ermənilərlə gücdən başqa heç bir dillə danışmağın mümkün olmadığını sübuta yetrirdi. Antiterror əməliyyatının məramı və məqsədi Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda Ermənistana tabe olan separatçı qüvvələrin nəzarəti altındakı hərbi hədəfləri zərərsizləşdirmək və bununla da ölkəmizin suverenliyini tam təmin etmək idi. Əməliyyat Qarabağdakı erməni qüvvələrin çox qısa müddətdə - cəmi 23 saata təslim edilməsi ilə başa çatdı. Qarabağda yaşayan ermənilər isə Azərbaycanın təklif etdiyi vətəndaşlıqdan imtina edərək separatçı rəhbərlərinin təkidi ilə öz ölkələrinə geri döndülər.
Mən də 44 günlük Vətən müharibəsinin iştirakçısıyam. Müharibədə zabit kimi vuruşmuşam...
Bir də ermənilər və havadarları, onları müdafiə edən ölkələr 100 illər bizə bata bilməyəcəklər. Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla ermənilərə dərsimizi veremişik. Biz vətənpərvər və cəsur, qailb millətik. Biz mənfur ermənilərə dərsimizi verərək, dünya hərb tarixinə adımızı yazdırdıq. Azərbaycan, onun cəsur oğlanları bundan sonra da ermənilərə verdiyi dərslərdən nəticə çıxarmayanları öyrədəcək həmişə...
Allah bütün şəhidf lərimizə rəhmət eləsin... Onların qarşısında baş əyirik, onlara əbədi borcluyuq...
Qəşəm HADIYEV,
Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri,
“Suqovuşanın azad olunmasına görə” medalı