Keçmiş “Dəyirman” qrupunun üzvlərindən olan Elmir Teymurun qızı ABŞ-də ailə həyatı qurub.
Leqal.az xəbər verir ki, ifaçı qızı Mariyanın nikah şəkillərini sosial şəbəkə hesabında paylaşıb.
Mariya Denis adlı əcnəbi bəyə ərə gedib.
“Ailəmiz böyüyür. Təbrik edirəm. İndi qayınata rolundayam”, - Elmir paylaşdığı fotolara qısa şərh yazıb.
Qeyd edək ki, Elmir 2018-ci ildə “Greencard” qazanaraq ABŞ-yə köçüb.