Azərbaycan bərpa olunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır

Azərbaycan bərpa olunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır
  • Cəmiyyət

  •  Prezident İlham Əliyevin nüfuzlu tədbirlərdə iştirakı və dünyada baş verən hadisələrə obyektiv münasibəti, Azərbaycanı  regionun liderinə çevirib.Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdəki yeni istiqamətlər uğurlu perspektivlər vəd edir Türk dünyası dedikdə, ilk növbədə, Mərkəzi Asiya ölkələri yada düşür. Çünki Şərqdən Qərbə uzanan Türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı heç də təsadüfi xarakter daşımır. Ölkəmizin bu regionla əlaqələrinin genişlənməsində, heç şübhəsiz, nəqliyyat dəhlizləri də mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir.   
               
    Avqustun 9-da Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının dövlət başçılarının görüşü də bu baxımdan olduqca yaddaqalan məqamları ilə diqqət çəkdi deyə bilərik. Həmin görüşdə iştirak edən Prezident İlham Əliyev bugünkü əlaqələrin möhkəmliyinin ayrı-ayrı məqamlarına toxunaraq gələcəyə dair də mühüm mesajlar verdi. Ölkə rəhbəri Azərbaycan və Mərkəzi Asiya ölkələrini artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi region kimi dəyərləndirərək dostluq münasibətlərinə, qardaşlıq dəstəyinə diqqəti çəkib.
         
    Prezident  İlham Əliyev müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb etdiyini önə çəkərək bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğuladı. Son bir neçə il ərzində dünyanın bir sıra ölkələri, o cümlədən də Mərkəzi Asiyada yerləşən respublikalar Azərbaycanla birgə hərbi əməkdaşlıqda daha çox maraqlıdırlar.Bu da təbii ki, Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq Zəfərdən sonra formalaşan məxsusi imicinə, müzəffər Ordumuzun müasir müharibə, döyüş təcrübəsinin effektivliyinin yaratdığı reallığa rəğbətdən xəbər verir.
                 
    Qarabağda gedən abadlıq-quruculuq işlərindən də danışam Dövlət başçısı bildirib  ki, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir.Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir.
               
    Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürünü bildirib.

     


    Babayeva Elanora,
    Masallı şəhər 2 nömrəli məktəb

    PAYLAŞ:

    Oxşar xəbərlər