YAP Masallı Rayon Təşkilatı jurnalistlərlə görüş keçirdi

YAP Masallı Rayon Təşkilatı jurnalistlərlə görüş keçirdi
  • Cəmiyyət

  • 18 iyul 2024-cü il tarixdə 22 İyul – Milli Mətbuat Günü münasibətilə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı mətbuat nümayəndələri ilə görüş keçirib. 

    Tədbirə yerli “Yeni həyat ” qəzetinin və eyni adlı saytın, “Asiya.az”, “Azadmedia.az” saytının kollektivi və rayonun veteran mətbuat işçiləri iştirak ediblər.

    Tədbiri giriş nitqi ilə açan YAP Masallı Rayon Təşkilatının məsul əməkdaşı Eldar Kazımov media nümayəndələrini rayon təşkilatı adından səmimi-qəlbdən təbrik edərək fəaliyyətlərində uğurlar arzuladı. 

    Əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşri ilə qoyulan Milli mətbuatımızın zəngin inkişaf yolu keçdiyini vurğulayan E.Kazımov yaranmasının 149-ci ildönümünündə mətbuatın keçdiyi yolu, Azərbaycanda mətbuat fədailərinin xidmətlərini şərh etmiş və müstəqillik illərində mətbuatımızın formalaşmasından danışaraq bildirib ki, “Əkinçi” qəzeti ilə başlanan bu yolun müstəqillik dövründə də uğurla davam etdirildi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımlar atılıb, mətbuat üzərində senzuranın ləğv edilib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə kütləvi informasiya vasitələrinin qanunvericilik bazası təkmilləşdirilir,  fəaliyyəti üçün hər cür şərait yaradılıb. Ölkə rəhbəri milli medianın inkişafını prioritet istiqamətlərdən biri kimi qəbul edir və daim diqqət mərkəzində saxlayır.

    44 günlük Vətən müharibəsi dövründə mətbuatın rolunu önə çəkən natiq, ölkə Prezidenti cənab İlham Əliyevin həmin ərəfədə beynəlxalq mətbuat orqanlarına verdiyi müsahibə və şərhlərin önəmindən danışdı.
    Tədbirdə KİV nümayəndələrindən uzun illər Masallı rayon qəzetinə Baş redaktorluq etmiş, “Tərəqqi” medallı veteran jurnalist Əyyub Mehdiyev, “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov, “Yeni həyat” qəzetinin və eyni adlı saytın əməkdaşı Akif Ağayev və başqaları mətbuatın çəmiyyətdə olan rolundan, respublikamızda bu sahəyə göstərilən dövlət qayğısından söz açıb, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi apardılar. 
    Masallı rayonunda yazılı mətbuatın tarixinindən danışan jurnalistlər mətbuat sahəsində keçilmiş uzun yola nəzər saldılar. 
    Tədbirin təşkilinə görə YAP rayon təşkilatına minnətdarlıqlarını ifadə edərək, tədbirin partiyanın mətbuata verdiyi dəyər olduğunu bildirdilər.

    Səmimi şəraitdə keçən görüşdə YAP Masallı Rayon Təşkilatının məsul əməkdaşı Eldar Kazımov mətbuat sahəsində çalışan hər bir şəxsin informasiya təhlükəsizliyi məsələlərində dövlətimizin və cəmiyyətimizin maraqlarının qorunmasının böyük önəm daşıdığını bir daha  tədbir iştirakçılarının diqqətinə çatdırdı.



















    PAYLAŞ:

    Oxşar xəbərlər