Azərbaycan və ŞƏT üzv dövlətləri arasında əməkdaşlığın inkişaf etdiyi bir neçə mühüm sahə

Azərbaycan və ŞƏT üzv dövlətləri arasında əməkdaşlığın inkişaf etdiyi bir neçə mühüm sahə
  • Cəmiyyət

  •  İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib.Görüşə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dəvət olunub.Görüşdə iştirak edən cənab Prezident çıxış edib.
              
    Çıxışa başlamazdan öncə Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə və digər dövlət xadimlərinə öz təşəkkürünü bildirib.Cənab Prezident bildirib ki,Qazaxıstan-Azərbaycan arasında ikitərəfli münasibətlər yuksək səviyyədədir. Son iki ildə Qazaxıstana dördüncü səfərimdir. Həmçinin Qazaxıstan Prezidenti də üç dəfə Azərbaycana səfər edib.
               
    Cənab Prezident bildirib ki ,ŞƏT-in Zirvə toplantısına ikinci dəfədir ki, dəvət olunur.Bu da Azərbaycan ilə üzv dövlətlər arasında inkisaf edən tərəfdaşlığın göstəricisidir.
               
     Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir.Biz tərəfdaşlarəmızla Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyirik.
               
     Cənab Prezident onu da qeyd edib ki,Azərbaycan həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır.
                 
    Görüşdə Prezident İlham Əliyev bildirib ki, multilateralizmi fəal şəkildə dəstəkləyirik.Eyni zamanda Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərakatına rəhbərlik etdiyi dövrü də yada salıb və fəaliyyət dövründə görülən işlərdən söz açıb.
                
     Daha sonra cənab Prezident qeyd edib ki,təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bi il COP29-a ev sahibliyi edəcək.COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.
                
    Sonda Cənab Prezident onu da qeyd edib ki,  biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik.Cənab Prezidentimizin sözlərinə görə, artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları unvanlanıb və onların noyabrda Bakıda olacağı gözlənilir.



      
         
    Şəkilı Xəlilova,
    Masallı rayon, S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi.
    PAYLAŞ:

    Oxşar xəbərlər