Azərbaycan Respublikasənən Prezidenti İlham Əliyev 16 may 2024-cü il tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata bəyanatla çıxış etmişdi.
Cənab Prezident Belarus Respublikasının Prezidentini və qonaqları salamlamış və onları qarşıladığından məmnun olduğunu bildirmişdir.Prezident İlham Əliyev qeyd etmişdir ki, aparılan danışıqlar ölkələrimizin mehriban dostluğunu bir daha sübut etmişdir.Söhbət əsnansında Azərbaycan Prezidenti bildirmişdir ki, o, A.Lukaşenkonu noyabrda Bakıda keçiriləcək iqlim sammitinə dəvət etmişdir və bir daha qeyd etmişdir ki, bu gün müzakirə olunan məsələlər kifayət qədər konkret xarakter daşıyır.Həmçinin Belarus nümayəndə heyəti artıq Bakıdadır və azərbaycanlı həmkarları ilə danışıqlar aparıblar.Hesab edirəm ki, əməkdaşlığın belə səmərəli forması daha düzgündür.Belarus şirkətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında iştirak edəcəklər .Onların çox yaxşı şəhərsalma təcrübəsi var.
Ölkə rəhbəri bildirmişdir ki, ilk növbədə, biz keçmiş məcburi köçkünlərimizi öz doğma torpaqlarına qaytaracağıq.
Daha sonra cənab Prezident regionda MDB məkanında təhlükəsizliklə bağlı məsələlərin müzakirə olunduğunu bildirib.Prezident Belarus PrezidentiA.Lukaşenkoya Cənubi Qafqaz regionunda postmünaqişə şəraiti haqqında məlumat verib və bildirib ki, dünya siyasətinin aktual məsələləri üzrə də fikir mübadiləsi aparılıb.
Ölkə rəhbəri bildirmişdir ki, diskussiyalar üçün müzakirə mövzusu olduqca çöxdur.Artıq 20 ildir fəal işləyirik.Bu illər ərzində həmişə dəyərlərimizə-xeyirxahlığa, ləyaqətə, münasibətlərdə dürüstlüyə və nəticəyə hədəflənməyə, sadiqliyimizi qoruyub saxlamağa çalışmışıq.
Cənab Prezident onu da əlavə edib ki, ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər təbii olaraq bütün digər dövlət qulluqçularına implus verir ki,onlar,həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər.
Sonda cənab Prezident Belarus Prezidenti Aleksandr Lukaşenkoya səfər üçün öz təşəkkürünü bildirib və qeyd edib ki onun səfərini dostluq və hörmət əlaməti kimi qəbul edib.
Ş.Xəlilova
S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi