Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və dəstək, məqsədyönlülük kimi möhkəm bünövrəyə əsaslanır desək, yanılmarıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 22-də Rusiya Federasiyasına işgüzar rəsmi səfəri, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşləri, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşdəki çıxışlar hər iki ölkə arasında münasibətlərin keçmişinə və gələcəyinə bir daha inam işığığı yandırdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi,
Yarım əsr əvvəl – elə bu günlərdə Baykal-Amur Magistral xəttinin tikintisinə başlanıldı. Bu, dünyanın ən böyük dəmir yolu arteriyalarından biridir, gələcəyin əsl yoludur. Təbii ki, bunu icra edənlərin, bu layihəni həyata keçirənlərin çoxu üçün, - o vaxt deyirdilər və indi də bunu təsdiq etmək olar, - BAM bütöv bir nəslin arzularının və romantik istəklərinin simvoludur.
BAM, həmçinin Sovet İttifaqının hər yerindən olan iki milyon gəncin nəhəng əməyinin və cəsarətinin təcəssümüdür. Onlar dünya tarixində tayı-bərabəri olmayan, hər mənada bənzərsiz bir layihə həyata keçirdilər.
Bu gün biz görürük ki, BAM əsasən XXI əsr üçün qlobal logistikanı müəyyən edir. Ölkəmiz Sibirin və Uzaq Şərqin mənimsənilməsi və inkişafı, Sakit Okeana doğru yük daşımalarının genişləndirilməsi üçün çox böyük imkanlar əldə etmişdir. Birbaşa deyə bilərik ki, indiki mərhələdə Şərqə dönüş məhz Baykal-Amur Magistralı sayəsində mümkün olmuşdur.
Görüşümüzün iştirakçılarını BAM-ın tikintisinə başlanması münasibətilə təbrik etmək istərdim. Burada, ilk növbədə, dəmir yolu sənayesinin, tikinti sənayesinin, dəmir yolu qoşunlarının veteranları haqqında danışmaq istərdim. Mən bu münasibətlə sizinlə həm çətinliyi, həm də qələbələri bölüşən, sizinlə hər şeyə sahib olan qohumlarınızı, yaxınlarınızı, dostlarınızı, həmkarlarınızı və xidmət yoldaşlarınızı təbrik etmək istəyirəm. İndi veteranlara müraciət edirəm, orada hər şey vardı, tonqallar ətrafında mahnılar oxunurdu, amma ən əsası, çətin və ağır zəhmət idi.
Bir mühüm məqam da xüsusi vurğulandı ki, hazırda 50 illik yubileyi qeyd olunan bu nəhəng layihənin həyata keçirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzolunmaz rolu olub. Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaq. Bu, tarixdir. Tarix heç vaxt yaddan çıxmır. Çünki dahi Heydər Əliyev Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük işlər görüb. Həmin nailiyyətlərdən biri də nəhəng dövlətin nəqliyyat sahəsi idi. Çox qürurvericidir ki, Azərbaycan inşaatçıları, xüsüsilə həmin dövrün gəncləri və mütəxəssisləri də bu nəhəng layihənin tikintisində zərbəçi kimi iştirak ediblər. Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxın etmiş, münasibətlərimizin müasir zamanda, gələcəkdə də ardıcıl inkişafına töhfələr verir.
Qarabağ münaqişəsinin, həmçinin Xəzər dənizinin hüquqi statusu məsələsinin həllində Rusiyann dəstəyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hər iki ölkənin dövlət başçıları ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayırlar. 2022-ci ilin fevralında Moskvada Azərbaycan və Rusiya prezidentlərinin imzaladıqları “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə qaldırdı. Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də mühüm rol oynayır.
Bəli, Azərbaycan-Rusiya münasibətlərinin əvvəlki də, sonrakı və hazırkı dövrü də daha ürəkaçan, daha qürurvericidir.
Yaşasın Azərbaycan!
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Azərbaycan Prezidenti!
Rəhman MUXTAROV,
Masallı rayon GEM ərazi partiya təşkilatının sədri.