Sabah 28 dərəcə isti olacaq

Sabah 28 dərəcə isti olacaq
  • Cəmiyyət

  • Bakıda və Abşeron yarımadasında aprelin 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

    Bu barədə Leqal.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Havanın temperaturu gecə 9-14° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-55 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

    Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 18-23° isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər