YAP Masallı rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüşü keçirilib

YAP Masallı rayon təşkilatının  ərazi partiya təşkilatında növbəti görüşü keçirilib
  • Cəmiyyət

  • Aprelin  6-da  Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının  Lənkəran – Astara regional Mədəniyyət idarəsinin Masallı rayonu üzrə nümayəndəliyi  ərazi partiya təşkilatında partiya üzvləri ilə  növbəti görüş keçirilib.

    Tədbirdə çıxış  edən YAP Masallı  rayon təşkilatının sədri Seyfəddin Əliyev  partiyanın keçdiyi şərəfli  inkişaf yolundan ətraflı bəhs edib. Bildirib ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş, müstəqil Azərbaycanımızın firavan gələcəyi naminə öz fəaliyyətini göstərən siyasi partiyadır. Yeni Azərbaycan Partiyası bu gün ölkəmizdə müşahidə olunan milli birliyimizin  təcəssümüdür deyən S.Əliyev daha sonra bildirib ki, Ulu Öndər Heydər Əliyevin  ideyaları əsasında və Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP bundan sonra da  inamlı qələbələrə imza atacaq. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə təsdiqləyib və hazırda yeni hədəflərə doğru inamla irəliləyir.

     Azərbayacanın qazandığı uğurların bələdçisi kimi çıxış edən 2021-ci il martın 5-də VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının qəbul etdiyi yeni qərarlar partiyanın sonrakı inkişafında öz sözünü deyir. Partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar  Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək.Suverenliyimizin tam bərpası fonunda yeni dövrə qədəm qoyulması, bu mərhələnin bir zərurət kimi qarşıya qoyduğu 7 fevral prezident seçkilərində  Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin parlaq qələbəsi  partiyanın gələcəyə daha böyük inamla addımlamasında stimulverici amilə çevrildi. YAP həmişə olduğu kimi bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

    YAP Masallı rayon təşkilatının sədri ölkəmizin ictimai-siyasi sabitliyi,mədəni-iqtisadi inkişafı ilə regionun lider dövləti səviyyəsinə yüksəldiyini önə çəkərək bildirib ki, bu günün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin miqyasının daha da genişləndirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Hazırda Doğma Qarabağda işğaldan azad olunmuş əzəli torpaqlarımızda genişmiqyaslı bərpa quruculuq işlərinin görülməsi qəlbimizi tükənməz qürurla sevindirir. Ulu Öndər Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin yürütlüyü uğurlu daxili və xarici siyasətin təbliğatçısı olan hər bir partriya üzvü günümüzün çağırışlarının həyata keçirilməsinə öz töhfələrini verməyə çalışır.  

    Sonra təşkilatı məsələlərə baxılıb. Ceyhun Bəşirov  YAP  Masallı rayon təşkilatının Lənkəran – Astara regional Mədəniyyət idarəsinin Masallı rayonu üzrə nümayəndəliyi ərazi partiya təşkilatının sədri, Dilbər İbayeva  isə sədr müavini seçiliblər.

    Müəllif: leqal.az 

    PAYLAŞ:

    Oxşar xəbərlər