AMEA-da “Yaşıl artım və dayanıqlı inkişaf” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

AMEA-da “Yaşıl artım və dayanıqlı inkişaf” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
  • Cəmiyyət

  • Aprelin 4-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Yaşıl artım və dayanıqlı inkişaf” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
    Tədbir AMEA, AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu və akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

    Konfransı giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq ölkə başçısının müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladıb. O, Azərbaycanda ekoloji tarazlığın və ətraf mühitin qorunması, alternativ enerji mənbələrindən səmərəli istifadə, eləcə də iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində görülən işlərdən danışıb.

    Dövlət başçısının sərəncamları ilə Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan edildiyini deyən AMEA rəhbəri bu bölgələrdə bərpaolunan enerji istehsalı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Prezident İlham Əliyev fəaliyyəti dövründə Azərbaycanın nəinki qüdrətli enerji dövləti kimi inkişafına nail olub, eyni zamanda, qətiyyəti, dəmir iradəsi sayəsində ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tam təmin edərək liderliyi ilə yeni tarixi reallıqlar yaradıb.

    Akademik İsa Həbibbəyli BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) ölkəmizdə keçiriləcəyini bildirərək, belə bir mötəbər tədbirin Bakıda baş tutmasının qlobal ictimaiyyətin Azərbaycana yüksək etimadı ilə yanaşı, həm də respublikamızda bu sahədə aparılan mühüm xidmətlərlə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, COP29 dünyada “yaşıl enerji”nin inkişafına və ətraf mühitin qorunmasına böyük töhfə verən tədbir olacaq. 

    “Hazırda “yaşıl iqtisadiyyat” termini qlobal səviyyədə bəşəriyyətin inkişafının ana xətlərindən birini ifadə edir”, - deyən AMEA prezidenti bildirib ki, “yaşıl dünya”, iqlim dəyişiklikləri, “yaşıl enerji” kimi anlayışlar yeni dövrün çağırışlarına uyğun müasir elmi istiqamətlərdə tədqiqatlar aparmağı alimlərimizin qarşısına məqsəd qoyur. O, ötən ay AMEA Rəyasət Heyəti və Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl dünyamızı qoruyaq” mövzusunda keçirilən konfransda bu məsələlərlə bağlı geniş müzakirələrin aparıldığını diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli COP29-da AMEA alimlərinin elmi məruzələrlə çıxışının önəmini qeyd edib.

    Sonra BMT-nin Ətraf Mühit Proqramının Avropa regionu üzrə koordinatoru Mahir Əliyev “Yaşıl dünya: yeni inkişaf perspektivləri” mövzusunda məruzəsini təqdim edib.

    Müstəqillik dövründə Azərbaycanın bir çox tarixi əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini deyən məruzəçi qeyd edib ki, COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

    Diqqətə çatdırılıb ki, COP (Conference of the Parties; Tərəflərin Konfransı) 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaqdır.

    Mahir Əliyev COP29-un ətraf mühitin mühafizəsi, ekologiya, “yaşılenerji” sahələrindəixtisaslaşanqurumlarıntəmsilçilərininqatıldığımötəbərtədbirolduğunuvurğulayıb. O, tədbirin “Yaşıldünyanaminəhəmrəylikili”ndəkeçirilməsinəticəsindəAzərbaycanınözününənmüsbəttərəflərinidünyayaçatdırabiləcəyinideyib.

    Tədbirdə AMEA-nın birinci vitse-prezidenti v.i.e. akademik Arif Həşimov, Milli Məclisin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov, Mingəçevir Dövlət Universitetinin rektoru i.ü.f.d. Şahin Bayramov çıxış edərək tədbirin əhəmiyyətini qeyd ediblər.

    Bildirilib ki, COP29-un Bakıda keçirilməsi qərarı, həm də Azərbaycanın “yaşıl enerji” siyasətinə qlobal dəstəyi ifadə edir. Buna uyğun olaraq, ötən il dekabrın 25-də Prezident İlham Əliyev iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması barədə” Sərəncam imzalayıb. Sərəncamda Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi və həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi kimi məsələlər qeyd olunub. Bundan başqa, sənəddə rəqabətqabiliyyətli iqtisadiyyatın dayanıqlı inkişafı, ölkənin təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi kimi əsas prioritetlər nəzərdə tutulur.

    Sonda mövzu ətrafında müzakirələr aparılıb.

    Müəllif: leqal.az

    PAYLAŞ:

    Oxşar xəbərlər