Əlif Hacıyev 1953-cü ildə iyun ayının 24-də Xocalı şəhərində doğulub. 1960-1970-ci illərdə Xocalı orta məktəbinin daha sonra isə 1970-1971-ci illərdə Xankəndi şəhərində avto - məktəbin məzunu olub.
1992-ci ilin fevralın 25-də Əlif Hacıyev və onun dəstəsi səhər saat beşə qədər düşmənə ciddi müqavimət göstərdilər. Amma döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. O, həmin gecə meşədə sakinləri yola salıb geri qayıdanda, balaca bir oğlan uşağına papağını hədiyyə edib. Ona demişdi ki, “Qayıtsam, papağımı qaytararsan. Yox, əgər qayıtmasam, papağımı yadigar saxlayarsan."
DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalışır. Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq, 10 il həbs cəzasına məhkum edirlər. 1987-ci ildə işinə yenidən baxılır, 10 il həbs cəzası 6 ilə endirildikdən sonra bəraət alaraq azadlığa buraxılır.
Ə.Hacıyev 1990-cı ildə Xocalıya qayıdır və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir. O, 1990-cı ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunur və Xocalı təyyarə limanı xətt daxili işlər bölməsinə rəis təyin edilir. Eyni zamanda o, Xocalı Aeroportunun komendantı olur. Yaxşı işinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilir.
Qarabağ cəngavəri Əlif Hacıyevin əzmkarlığı nəticəsində Xocalı aeroportu erməni millətçilərinin nəzarətindən tamamilə çıxmışdı. Bu, onlar üçün ağır zərbə idi. Bunun əvəzini çıxmaq üçün düşmən daha iyrənc niyyətlərə, "Xocalı əməliyyatı"na başlayır. Qədim Xocalının başı üzərində real təhlükə yaranmışdı. Bunu çoxları kimi Ə.Hacıyev də görürdü. O, tədbir görülməsi üçün hər gün, hər saat Bakını narahat edirdi. Nəhayət, həmin faciə günü yetdi.
Əlif və onun dəstəsi səhər saat beşə qədər azğınlaşmış rus hərbiçiləri və erməni yaraqlıları ilə vuruşdular. Döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. O, bu qanlı döyüşdə misilsiz qəhrəmanlıqlar göstərərək, bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxardı. Əlif bir daha geriyə dönərək, yenidən döyüşə atıldı. Avtomatın darağını dəyişərkən düşmən gülləsi Qarabağ cəngavərinin qəlbinə sancıldı. Vətənini, torpağını canından əziz bilən Əlif, Qarabağ torpağında – Xocalı faciəsi zamanı şəhid oldu.
Əlif Hacıyev Şəhidlər xiyabanında dəfn edilib, ailəli idi, iki qız övladı vardı. Hal-hazırda Bakının Nizami rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Hacıyev Əlif Lətif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Qeyd edək ki, Azərbaycanın peşəkar tanınmış heykəltəraşı, rəssamı İlqar Balayev övladları Müstəqil və Aqşin Balayev qardaşları, bir çox vətənpərvərlik əsərlərinin müəllifidirlər.
Müəllif: leqal.az