 
                
                
                
                
                
                
                
                
                
                Türkiyə polisi İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib, nəticədə 9 nəfər həbs olunub.
"Leqal" xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğunun Terror Cinayətləri İdarəsi məlumat yayıb.
Məlumata görə, istintaq çərçivəsində 23 nəfər haqqında araşdırma aparılıb. Onların bəzilərinin İŞİDüzvləri ilə əlaqə saxladığı, digərlərinin isə sosial şəbəkələrdə təşkilat təbliğatı apardığı müəyyən edilib.
Əməliyyat zamanı bütün şübhəlilər saxlanılıb. Onlardan 8 nəfər deportasiya olunmaq üçün miqrasiya mərkəzinə göndərilib, 15 nəfər isə dindirilmək üçün məhkəməyə aparılıb.
Məhkəmənin qərarına əsasən, 9 nəfər həbs edilib, 4 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub.
 
             
	 
	 
	 
	