Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik etdi

Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik etdi
  • Cəmiyyət

  • Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində olub və Novruz tonqalını alovlandırıb.Novruz tonqalını alovlandıran Prezident İlham Əliyev elə oradan Azərbaycan xalqının Novruz bayramını təbrik edib.
               
    Ölkə başçısı çıxışı zamanı qeyd edib ki, artıq 4-cü dəfədir ki, Novruz tonqalı işğaldan azad olunmuş torpaqlarımızda alovlandırılır. Bu tonqal 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində, bu il isə Xankəndi şəhərində qalanmışdır.
             
    İşğaldan azad olunmuş torpaqlarda Novruz tonqalının qalanması bizim üşün böyük xoşbəxtlikdir.№0 ilə yaxın idi ki,bu torpaqlarda  erməni separatçıları bildikləri kimi hərəkət edirdilər.Onlar başa düşmürdülər ki,bu torpaqların yiyiəsi var və biz bu torpaqları nəyin bahasına olursa olsun onlarda qoymayacağıq.Bəlkə də ,onlar gözləmirdilər ki,biz torpaqlarımızı döyüş meydanında öz sözümüzü deyərək qeri qaytaracağıq.Elə altı ay bundan qabaq bir gündəndə az çəkən antiterror əməliyatı nəticəsində biz öz ərazi bütövlüyümüzü bərpa etdik.
           
    Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı1.eləcə də antiterror əməliyatı nəticəsində böyük qəhrəmanlıq nümayiş etdirmişdir.Qəhrəmancasına şəhidlik zirvəsinə ucalan mübariz oğullarımızın,mərd əzmkar əsgər və zabitlərimizin fədakarlığı və peşəkarlığı nəticəsində torpaqlarımızı azad etmişik.Bu gün həmin torpaqlarda genişmiqyaslı quruculuq,abadlıq işləri görülür.Artıq keçmiş köçkünlərimiz növbəli şəkildə öz dədə-baba yurdlarına qaytarılır və bu proses davam edəcəkdir.
           
    Daha sonra cənab Prezident Ermənistanın qondarma ,qanunsuz yaratdıqları dırnaqarası Dağlıq Qarabağ Respublikasının yaşatmaq istəyindən danışdı və bildirdi ki,bütün bunlar beynəlxalq hüquqlara və Azərbaycan xalqının iradəsinə ziddir.
           
    Biz öz torpaqlarımızın böyük bir hissəsini döyüş meydanında hərbi yolla azad etmişik.Halbuki bir çox dövlətlərdən bizə müxtəlif sıqnallar gılirdi ki,bu münaqişəni hərbi həlli yoxdur.Amma bi nə etdik.Biz bir daha öz gücümüzü subut edərək göstərdik ki,bəli,bu münaqişə hərbi yolla həll edilə bilər və biz bunu etdik.Biz bu prosesə illərlə hazırlaşdıq.Hər çey planlı şəkildə həyata keçirildi.Dünya siyasi meydanında Azərbaycanın mövqeyi möhkəmləndirdik.Biz hərtərəfli öz gücümüzü artırdıq.
             
    Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki,onun siyasəti tamamilə müstəqildir,ancaq və ancaq Azərbaycan xalqının maraqlarına və iradəsinə əsaslanır.
               
    Bu gün Azərbaycan ordusu ən yüksək maddi-texniki baza ilə təmin olunub.Bizim gənclərimiz vətənpərvərlik ruhunda,milli ruhda yetişdirilir.Üç il bundan əvvəl bunun şahidi olduq.Onlar ölümə belə getməyə hazır olan igidlərimizdirlər.Bu igidlər bizə qələbə sevincini yaşatdılar,şəhidlərimizin,Xocalı qurbanlarının intiqamını aldılar.Biz belə igidlərlə fəxr edirik.
             
    Daha sonra ölkəmizin rəhbəri Xankəndində yerləşən bəzi binaların inşası zamanı azırbaycanlı memarların əməyindən və o binaların tikintisi üçün Azərbaycan büdcəsindən istifadə olunduğunu bildirdi.Cənab Prezident onu da qeyd etdi ki Xankəndində bəzi binalar sökülmüş və təmizləmə işləri aparılmışdır.
             
    Son olaraq cənab Prezident bütün şəhidlərə Allahdan rəhmət diləmiş,Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmiş,onlara cansağlığı,yeni uğurlar   arzulamışdır
             
    Qarabağ Azərbaycandır!



    Ş.Xəlilova
    S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi

    PAYLAŞ:

    Oxşar xəbərlər