Azərbaycanın bəzi rayonlarına dolu düşəcək, külək güclənəcək

Azərbaycanın bəzi rayonlarına dolu düşəcək, külək güclənəcək
  • Cəmiyyət

  • Hava şəraiti haqqında məlumat yayılıb.

    Milli Hidrometeorologiya Xidmətindən Leqal.az-a verilən xəbərə görə, Azərbaycanın rayonlarında martın 21-i gündüzdən 22-si axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

    Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər