Ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir

Ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir
  • Cəmiyyət

  • Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər.

    Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.Dövlətimizin başçısı çıxışında  cənab Baş katibin Azərbaycanda görməyə çox şad olduğunu bildirib. 
    “Mənim dəvətimi qəbul edib səfərə gəldiyinizə görə təşəkkür edirəm. İki il əvvəl Brüsseldəki son görüşümüzü xoş təəssüratlarla xatırlayıram. Bu gün isə biz dialoqumuzu davam etdiririk”.

    O, çıxışında Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun bir  tarixi olduğunu diqqətə çatdırıb.Tərəfdaşlığımızın  müsbət olduğunu qeyd edib. 
    Dövlətimizin başçısı Azərbaycanın Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etdiyini,bunun bizim üçün böyük təcrübə olduğunu ifadə edib.
    Azərbaycan Prezidenti çıxışında demişdir:

    “2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir.

    Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr vermişdir. Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk”.
    O, çıxışında bildirib ki,uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışdığını, İndi, artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almadığını qeyd edib.
    “Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Beləliklə, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Münaqişə hərbi-siyasi yolla həll edilib”.

    Azərbaycan Prezidenti  BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdiyini bir daha NATO Baş katibinin diqqətinə çatdırıb.
    Dövlət başçısı çıxışında qeyd edib ki, cənab Baş katiblə, həmçinin enerji təhlükəsizliyi məsələsini müzakirə etdiyini,  Brüsseldəki son görüşümüzdən bəri qaz təchizatı baxımından NATO-ya üzv daha 2 dövlətin bizim tərəfdaşımız olduğunu diqqətə çatdırıb. O, çıxışında Azərbaycanın 8 ölkəyə qaz nəql etdiyini onların 6-nın NATO-ya üzv olduğunu,digər ikisinin isə NATO-nun tərəfdaş ölkəsi olduğunu bəyan edib.Dövlətimizin başçısı çıxışında Avropa Komissiyasının Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırdığını bildirib. Bunun isə həm böyük üstünlük, həm də böyük məsuliyyət olduğunu diqqətə çatdırıb.

    Həmçinin O, çıxışında cənab Baş katibə  yaşıl keçid gündəliyi haqqında da  məlumatlandırdığını qeyd edib.  Dövlətimizin başçısı Azərbaycanın yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçildiyini bir daha cənab Baş katibin diqqətinə çatdırıb. 
    “Bu, bizim yaşıl keçidlə bağlı səylərimizin tanınmasının göstəricisidir. Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq biz tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırırıq”.

    Dövlət başçısı çıxışının sonunda Cənab Baş katibin Azərbaycana səfərə gəldiyinə görə təşəkkürünü bildirirək , Azərbaycanda xoş vaxt keçirməyi arzu edib.




    Ziyafəddin Cavadov,
    S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi 

    PAYLAŞ:

    Oxşar xəbərlər