Prezident İlham Əliyevin ölkəmizdə apardığı islahatlar Azərbaycanı daha da gücləndirir

Prezident İlham Əliyevin ölkəmizdə apardığı islahatlar Azərbaycanı daha da gücləndirir
  • Cəmiyyət

  • Prezident İlham Əliyev VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı ölkəmizdə sistemli şəkildə aparılan islahatların davamı ilə bağlı öz fikirlərini bildirərək qeyd edib ki, Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək vacibdir.Prezident İlham Əliyev VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin fevral ayında keçirilməsinin əsas səbəbinin islahatları dərinləşdirmək,vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək olduğunu bildirib.Seçkinin uğurla keçməsinin subutu isə Avropa İttifaqının bu seçkiləri tanıması  və Azərbaycan parlamenti ilə işləmək fikrini söyləməsi olub.Cənab Prezident çıxışı zamanı vurğulayıb ki,VI çağırış Milli Məclis çoxpartiyalı məclis olduğu üçün siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin rolu böyükdür.Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz.
               
    Daha sonra ölkə rəhbəri qeyd edib ki,qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaqdır.
             
    Cənab Prezident Nazirlər Kabinetinin fəaliyyətini də müsbət qiymətləndirib.Ölkə rəhbəri çıxışı zamanı bəzi yerli icra orqanlarının işindəki neqativ hallara da toxunub və bildirib ki,belə hallar yolverilməzdir.Bunun üçünqanunvericilik təşəbbüslərinin gərəkli olduğunu qeyd edib və bildirib ki,iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir.
             
    Ölkəmizdə şəffaflıqla bağlı gedənproseslər bizim iqtisadi imkanlarımızı gücləndirir.
             
    Prezident İlham Əliyev çıxışında gənclər siyasətinə də toxunub.O,qeyd edib ki,Azərbaycan əhalisinin əksəriyyəti gənclərdir.Qanunvericilikdə bu da nəzərə alınmalıdır.Gənclər milli ruhda tərbiyə almalıdırlar.Onların asudə vaxtılarının səmərəli təşkil üçün şərait yaradılmalıdır.
             
    Çıxışına davam edən ölkəmizin başçısı Azərbaycana qarşı ikili standartlardan da danışıb və qeyd edib ki bu hal hələ də davam edir.Ölkəmizə qarşı əsassız iddialar irəli sürülür.Bu,düzgün deyil.
             
    CənabPrezident  vurğulayıb ki,iqtisadi sahədə görülən işlərlə bağlı Milli Məclisin rolu artmalıdır,hazırlanan qanunlar adekvat  və dəyişən reallıqlara adekvat olmalıdır.
             
    Prezident İlham Əliyev perspektiv əməkdaşkıq istiqamətindən söz açarkən Türkdilli dövlətlərin əməkdaşlığı xüsusi qeyd edib və bu istiqamətdə Azərbaycanın çox önəmli rol oynadığını bildirib və qeyd edib ki,bütün digər beynəlxalq təmaslarda biz Avropa İttifaqı ilə indi saziş üzərində işləyirik.İttifaqa üzv olan 9 ölkə ilə strateji  tərəfdaşlıq sənədlərimiz var.Qonşu ölkələrlə sağlam,işgüzar və dostluq əsasında qurulmuş münasibətlər var.Avropa İttifaqı ilə əməkdaşlığımız Azərbaycanın mövqelərini beynəlxalq platformalarda gücləndirir.
               
    Sonda Cənab Prezident qeyd etmişdir ki,bu gün Azərbaycan müstəqil ölkə kimi yaşayır,müstəqil siyasət aparır,heç kimin işinə qarışmır və heç kimə də imkan  vermərik ki,bizim işimizə qarışsın.
               
    Biz bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcəyik.İnanırıq ki,Azərbaycan parlamenti bu işdə fəal olacaq.



    Şəkilə Xəlilova,
    Qızılağac kənd S.Xəlilov adına 1 nömrəli tam orta məktəbin müəllimi 

    PAYLAŞ:

    Oxşar xəbərlər