Ağsaqqallar klubunda 8 Mart Beynəlxalq qadınlar günü qeyd edilib

Ağsaqqallar klubunda 8 Mart Beynəlxalq qadınlar günü qeyd edilib
  • Cəmiyyət

  • 8 mart Beynəlxalq qadınlar günü münasibətilə “Azərbaycanın dövlət quruculuğunda cəmiyyətdə qadınlarımızın rolu və fəallığı” mövzusunda rayon Ağsaqqalar Şurasının və mərkəzi kitabxananın təşəbbüsü və təşkilatçılığı ilə tədbir keçirilib. 

    Masallı rayon Ağsaqqallar klubunda keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

    Tədbiri giriş sözü ilə açan rayon Ağsaqqalar Şurasının sədri, dövlət qulluğu veteranı, yazıçı – publisist  Ələşrəf Niftiyev 8 mart Beynəlxalq qadınlar gününün tarixindən və müasir dünyada qadınların rolundan söhbət açıb. Qeyd edib ki, müasir dövrdə xanımlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir. Onlar elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə yüksək nailiyyətlər qazanırlar.

    Daha sonra Masallı Rayon İcra Hakimiyyəti başısı aparatının məsul işçisi Nuranə Muradova, Viləş kəndindən olan iki şəhid atası Bayram Əsgərli, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünadlıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva, RAŞ-ın Ərkivan qəsəbəsi üzrə nümayəndəsi Mirəyyub Əliyev, rayon mərkəzi kitabxanasının direktoru zamin Məmmədov və başqaları xanımları təbrik edərək onlara uzun ömür, möhkəm cansağlığı və qadın səadəti arzuladılar. Onlar şəhid ailələrinə üz tutaraq qeyd etdilər ki, 2020-ci ilin Vətən müharibəsi zamanı biz torpaqlarımızı azad etdik və bu nailiyyətə məhz şəhid anaları  sayəsində nail olduq, çünki o cəsur ogulları analar dünyaya gətirib, böyüdüb və tərbiyyə ediblər. 

    Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup qadına fəxri fərman təqdim edildi və xatirə fotosu çəkildi.


    İbrahim ŞÜKÜROV,
    Masallı rayon Ağsaqqalar Şurasının mətbuat katibi,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.








    PAYLAŞ:

    Oxşar xəbərlər