Dövlət səviyyəsində təhsilimizin inkişafına xüsusi diqqət yetirilir

Dövlət səviyyəsində təhsilimizin inkişafına xüsusi diqqət yetirilir
  • Cəmiyyət

  • Prezident İlham Əliyevin bu günlərdə imzaladığı müvafiq sərəncamlar təhsil sahəsində aparılan uğurlu islahatların davamıdır.

    Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət ölkəmizin inkişafına, xalqımızın əmin-amanlıq şəraitində yaşamasına tam təminat verir.

    Bu siyasətin əsas məqsədi insanların rifah halının yaxşılaşdırılması, onlara göstərilən qayğının daha da artırılması və həyat səviyyəsinin yüksəldilməsidir. Prezident İlham Əliyevin sosial islahatlar paketinin yeni uğurlu nəticələri, sosial müdafiə sahəsində atılan mühüm addımlar müəllimləri də əhatə edir. Dövlət başçısının iyunun 18-də imzaladığı “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar bu istiqamətdə daha bir əhəmiyyətli addımın atılmasına imkan verib.Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara, gənc və yeniyetmələrə göstərdikləri dövlət qayğısı respublikamızın hər yerində olduğu kimi,  əsas götürülür.

    Son illərdə dövlət başçısının qayğısı sayəsində körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün yaradılan şərait, bu sahədə görülmüş işlər, xüsusən də yeni məktəb binalarının tikilməsi, məktəbəqədər təhsil müəssisələrinin inşa olunması, əsaslı şəkildə yenidən qurulması bu sahədə görülmüş işlərin əyani sübutudur.


    NAZİLƏ XUDAVERDİYEVA,
    Bəxtiyar Əliyev adına körpələr evi uşaq bağçasının müdiri
    PAYLAŞ:

    Oxşar xəbərlər