Yeni Azərbaycan Partiyasının sıralarının durmadan artması ölkəmizin tərəqqisinin bariz nümunəsidir

Yeni Azərbaycan Partiyasının sıralarının durmadan artması ölkəmizin tərəqqisinin bariz nümunəsidir
  • Cəmiyyət

  • Lap yaxın tarixdə, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.

    Azərbaycanın müxtəlif bölgələrindən təəssübkeş qrupların 550-dən artıq nümayəndəsinin iştirak etdiyi möhtəşəm tədbir soyuq qış günündə, zaldakı sərt hava şəraitində baş tutdu. Konfransda Ulu Öndər Heydər Əliyev yeni yaranan partiyanın əsas məqsəd və vəzifələrini, bu partiyanı digər təşkilatlardan fərqləndirəcək xüsusiyyətləri izah etdi, hər bir partiya üzvünün qarşısında dayanan vəzifəni müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvünün borcu dövlətin ərazi bütövlüyünü, müstəqilliyini, ictimai asayişi qorumaq, qanunlara tabe olmaq, iqtidarla sivil müxalifətçilik etmək, ölkənin mənafeyini bütün maraqlardan üstün tutmaqdır. Yalnız bu şərtlərə riayət edən şəxs Yeni Azərbaycan Partiyasının əsl üzvü, partiyanın siyasi xəttini düzgün anlayan və yerinə yetirən təəssübkeş sayıla bilər.

    Hazırda Yeni Azərbaycan Partiyası öz sıralarında 720 830  mindən çox insanı birləşdirir. Bu çox böyük bir ordudur. Partiyamız öz ətrafında cəmiyyətin intellektual təbəqəsini birləşdirir ki, bu da çox mühüm bir göstəricidir. Partiyanın Gənclər Birliyi və Qadınlar Şurası da təşkilatın aparıcı qolları olaraq ölkənin ictimai-siyasi həyatında çox fəal iştirak edirlər.

    Bu gün həm Yeni Azərbaycan Partiyasında, həm də müstəqil Azərbaycanda Heydər Əliyev ideyaları şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir, nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Bu missiya əsasını Ulu Öndərin qoyduğu müvəffəqiyyətlərin, milli inkişaf strategiyasının daha geniş miqyaslı davamıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin əldə etdiyi böyük uğurların müəllifinin mövcud iqtidar və hakimiyyətin siyasi istinadgahı olan Yeni Azərbaycan Partiyası olduğunu bəyan etmişdir. Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. Son illərin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Bu gün Azərbaycanın tərəqqisi dünyanın hər bir guşəsindən görünür. Bu həqiqətin əsasını cənab İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir. 44 günlük Vətən müharibəsi dünya hərb tarixinə qızıl hərflərlə yazıldı.

    Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanda təkrarsız, unikal dövlət idarəçilik məktəbi yaratdı və onu xalqımız üçün zəngin bir irsə çevirdi. Xalqımızın ümid yeri olan dahi şəxsiyyət respublikamiza rəhbərlik etdiyi dönəmdə öz yorulmaz və çoxşaxəli fəaliyyəti ilə müasir Azərbaycanın tarixini yaratdı. Biz bu gün böyük qürur hissi ilə deyə bilərik ki, müasir müstəqil Azərbaycan dövləti öz başlanğıcını 1992-ci il noyabrın 21-dən - Yeni Azərbaycan Partiyasının yaradılması tarixindən götürüb. Bu müddətdə Yeni Azərbaycan Partiyası Azərbaycan xalqına əvəzsiz xidmətlər göstərmiş, xalqımızı, millətimizi, ölkəmizi bugünkü vəziyyətə gətirib çatdırmış və Azərbaycanı regionda bütün sahələr üzrə ən inkişaf etmiş ölkəyə çevirmişdir. Artıq 30 ildən çoxdur ki, ölkəmizin siyasi səhnəsində uğurlu fəaliyyət göstərən partiyamız bu gün də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirir. Son illərin sosial-iqtisadi uğurları, Azərbaycanın beynəlxalq mövqelərinin və nüfuzunun yüksəlməsi bunun bariz göstəricisidir.

    Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşib. Möhtərəm İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına olan dərin inamdan və ehtiramdan irəli gəlir. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli Llider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir.

    Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr durur. Bu vəzifələrin ən başlıcası Ümummilli liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdır. Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verəcək. Təbii ki, bütün bu işlərin önündə duran təmsil olunduğum YAP-ın Masallı Rayon Təşkilatı üzvlərinin fəallığı göz önündədir. Bunu elə hər gün həyata keçirilən tədbirlərin çoxluğunda da görmək, bilmək olar. Masallıdakı partiya üzvləri özlərinin qabaqcıllıq estafetini daim əldə saxlayır, fəal gənclərin daim partiyanın boy sıralarının artırılmasına səy edirlər. İndiyə kimi belə olmuşdur və bundan sonra da belə olacaqdır!



    İbrahim ŞÜKÜROV,
    YAP Masallı Rayon Təşkilatının Yeddioymaq kənd ərazi partiyasının sədri.
    PAYLAŞ:

    Oxşar xəbərlər