Tanınmış Baş redaktor Prezidentə məktub göndərib

Tanınmış Baş redaktor Prezidentə məktub göndərib
  • Cəmiyyət

  • Xəbər verdiyimiz kimi Masallı rayonunda nəşr olunan “Yeni Həyat” ictimai-siyasi qəzetinin Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin və Rusiya Federasiyası Jurnalistlər İttifaqının üzvü Əlihüseyn Şükürov Prezidentə məktub göndərib.

    Leqal.az-ın məlumatına görə məktubda deyilir:                                                                   

    "Hörmətli cənab Prezident,

    Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Təbii ki, bu təbiidir, sevindiricidir, ürək açandır. Siz təsəvvür edin ki, seçkiyə qədər də, vətəndaşların səsverməsi gedişatında da hamı deyirdi ki, mən İlham Əliyevə səs verəcəyəm. Məhz fevralın 7-də növbədənkənar prezident seçkilərinin təyin edildiyi tarixi gün bütöv Azərbaycan Respublikasında bir qeyri-adi səsvermə, coşğunluq yarandı. Səs verdiyim Masallı rayonunda həmin gün ayrı bir büsat vardı. İnsanlar səs vermək üçün ardıcıllıqla növbəyə düzülmüşdülər. Ona görə ki, bu xalq Sizə inanır. Ölkənin hər hansı bir sakini Sizi özününkü, təəssübkeşi, xilasedicisi bilir. Ona görə seçkilər Sizin halalınızdır! Sizin rəhbərliyinizlə bütöv Azərbaycan cənnətə, gülüstana çevrilir.

    Mən bu günlərdə bir qrup jurnalistlərlə Şuşaya getmişdim. Siz gəzdiyiniz Vətən yerlərini biz jurnalistlər öz gözlərimizlə gördük. Sizin Sərəncamınızla inşa edilmiş 101,5 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ilə Şuşaya getdik. Bu yol Zəfər yoludur. Tikintisinin qısa vaxtda həyata keçirildiyi Zəfər yolu Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Qısa vaxtda icra edilən və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası da Sizin qətiyyətinizi bütün dünyaya göstərdi. Azərbaycan dövləti, xalqı və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi.

    Biz həmişə Qalib Xalq olacağıq! Ötən ilin sentyabrında cəmi 23 saat çəkən antiterror tədbirləri ilə suverenliyimizi tam bərpa etdik. Xankəndiyə, Xocalıya, Xocavəndə, Ağdərəyə qovuşduq. O yerlərin də ünvan lövhələri dəyişdirilərək doğma türk dilimizdə yazıldı. Döyüş cəbhəsini indi zəhmət, hünər cəbhəsinə dəyişmişik. Qururuq, yaradırıq, torpağın yaralarını sağaldırıq. Qarabağa və Şərqi Zəngəzura "Böyük Qayıdış" başlanıb. Cənab Prezident, qarşıda Sizi suveren Azərbaycan dövlətinə rəhbərlik etmək kimi bir məsul missiya dayanır. Bu dəyərli və şərəfli işinizdə Sizə yeni-yeni uğurlar arzu edirəm. Böyük Allah Sizi, Mehriban xanımı, övladlarınızı qorusun! Həmişə ailə səadəti arzulayıram.

    Dərin hörmət və səmimiyyətlə,

    Əlihüseyn Şükürov,
    Masallı rayonunda nəşr olunan “Yeni Həyat” ictimai-siyasi qəzetinin Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin və Rusiya Federasiyası Jurnalistlər İttifaqının üzvü.

    Azərbaycan Respublikası, Masallı rayonu, Qasımlı kəndi.
    PAYLAŞ:

    Oxşar xəbərlər