Xalqın sarsılmaz inamının mahiyyətində cənab İlham Əliyevin illərlə yorulmadan, səbirlə, əzmlə apardığı siyasi mübarizə dayanır

Xalqın sarsılmaz inamının mahiyyətində cənab İlham Əliyevin illərlə yorulmadan, səbirlə, əzmlə apardığı siyasi mübarizə dayanır
  • Cəmiyyət

  • Vətən müharibəsindəki tarixi qələbə Azərbaycanın dünyadakı hərbi və siyasi mövqeyini daha da möhkəmləndirdi, sarsılmaz gücünü nümayiş etdirdi, müdafiə sənayesində əldə edilən uğurların davamlı olduğunu göstərdi.

    Milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, dünyada baş verən ərzaq qıtlığına qarşı vaxtında görülən tədbirlər və digər həyat əhəmiyyətli layihələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətçilik fəaliyyətinin əsasını təşkil edir. Böyük Qələbədən sonra bölgədə yeni reallıq yaranıb, respublikamızda Qarabağın və Şərqi Zəngəzurun bərpasını, inkişafını nəzərdə tutan, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə ləyaqətli qayıdışını təmin edən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla icra olunur. 2020-ci ilin noyabr ayından hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılıb, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu yaradılır. İşğaldan azad edilmiş ərazilərdə elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xətlərinin qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Həmçinin zəruri rabitə infrastrukturu qurulur, mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. xidmətlər təşkil edilir. Böyük Zəfərlə bitən 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı hazırlanıb.

    Qarabağda və Şərqi Zəngəzurda sürətli quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə qayıdışı üçün genişmiqyaslı layihələr həyata keçirilir. Keçmiş məcburi köçkünlərin həyatında yeni dövr başlayır, Qarabağa və Şərqi Zəngəzura tarixi qayıdış baş verir, uzun illər ərzində ağır həyat şəraitində sıxılsalar da, öz Liderinə inamını itirməyən insanlar indi yüksək əhvali-ruhiyyə ilə doğma torpaqlara qayıtmağa hazırlaşırlar. Qeyd edək ki, xalqın sarsılmaz inamının mahiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin illərlə yorulmadan, səbirlə, əzmlə apardığı siyasi mübarizə dayanır. İstər ölkədaxili, istərsə də xarici ölkələrdə keçirdiyi bütün görüşlərdə, beynəlxalq tədbirlərdə Prezidentimizin çıxışlarının əsas məğzi Ermənistanın işğalı ilə bağlı olurdu. Dövlətimizin başçısı bütün bu illər ərzində hər kəlməsində dəyişməz mövqe göstərir, xalqımızın işğalla barışmadığını bəyan edirdi. Bu illərdə Prezidentin dediyi sözlər, verdiyi vədlər sonadək dəyişməz qaldı.

    İşğalın yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan inkişaf tempinə görə dünyada xeyli irəlidə dayanır, əhalinin sosial müdafiəsi davamlı olaraq gücləndirilir, keçmiş məcburi köçkünlərə qayğı artırılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi sayəsində Qarabağın inkişaf edəcəyinə, burada tezliklə yaşayış yerlərinin tikiləcəyinə, bu bərəkətli torpaqların çiçəklənəcəyinə ümidimiz çoxdur. İşğaldan azad edilən ərazilərdə hazırda 8 magistral avtomobil və iki dəmir yolunun tikintisi həyata keçirilir. Yol infrastrukturu ilə əlaqədar tikinti İşləri başa çatdıqdan sonra Qarabağın bərpası daha da sürətlənəcək və müasir bölgəyə çevriləcək. Çox şükürlər olsun ki, biz bu günə gəlib çatmışıq. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi gücü, fədakarlığı və igid oğullarımızın qəhrəmanlığı sayəsində öz dədə-baba torpaqlarımıza qayıtmışıq. Bütün dağıntılara, şəhər və kəndlərin yer üzündən silinməsinə, müharibə yaralarının ağırlığına, düşmənin ölçüyəgəlməz vəhşiliklərinə, torpaqlarımızın minalarla çirkləndirilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə, güclü inam və gələcəyə nikbin baxışlarla bildirib ki, Qarabağ dünyanın ən çiçəklənən və dinc bölgəsinə çevrilməlidir! Qarabağda və Şərqi Zəngəzurda nəhəng infrastruktur layihələrin təməlqoyma mərasimləri, istifadəyə hazır olan obyektlərin açılışı keçirilir.


    Məhəmməd Hüseynov,
    Masallı Gənclər Evi dərnək rəhbəri 

    PAYLAŞ:

    Oxşar xəbərlər