Azərbaycandan Həccə getmək istəyənlərin diqqətinə!

Azərbaycandan Həccə getmək istəyənlərin diqqətinə!
  • Cəmiyyət / Maraqlı

  • Qafqaz Müsəlmanları İdarəsi 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən Azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib.

    QMİ-nin Mətbuat Xidmətindən Leqal.az-a verilən məlumata görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

    Tələb olunan sənədlər:

    1. Ümumvətəndaş pasportu;

    2. Şəxsiyyət vəsiqəsinin surəti;

    3. 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

    4. Sağlamlıq haqqında arayış.

    Sənədlərin qəbulu 12 fevral 2024-cü il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər