Araz Musayev türk dövlətləri Muaytay Çempionatının keçirilməsini dəstəklədi

Araz Musayev türk dövlətləri Muaytay Çempionatının keçirilməsini dəstəklədi
  • Cəmiyyət

  • Ötən il Türkiyə Muaytay Federasiyası (TMF) və Azərbaycan Muaytay-Tayboks Federasiyaları rəhbərləri arasında keçirilən danışıqlara əsasən Türk Dövlətləri Muaytay Çempionatının təşkili barədə razılığa gəliblər.

    İlk olaraq Azərbaycandan dəstək almaq üçün Türkiyə Gənclər və İdman Nazirliyinin Baş katibi, TMF-nin kuratoru Korkmaz Atalay, TMF-nin  Mərkəz Yürütmə Kurulu başkanı Atakan İli Azərbaycan Muaytay-Tayboks Federasiyasının qonağı olub, keçiriləcək çempionat barədə danışıqlar aparıb.

    Digər Türk dövlətləri muaytay federasiyaları ilə də razılaşma olduqdan sonra təkliflər paketinin Türk dövlətləri idman nazirliklərinə təqdim olunması planlaşdırılır.

    TMF-dən verilən son məlumata əsasən Türkiyə Gənclər və İdman Nazirliyi Türk Dövlətləri Muaytay Çempionatının 6-10 sentyabr 2024 -cü il tarixlərinə təyin edilməsini təsdiq edib.

    PAYLAŞ:

    Oxşar xəbərlər