Energetika Nazirliyində vətəndaş qəbulu keçirilib

Energetika Nazirliyində vətəndaş qəbulu keçirilib
  • Cəmiyyət

  • Energetika naziri Pərviz Şahbazov nazirlikdə vətəndaşları qəbul edib. Nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə təşkil edilmiş qəbul zamanı vətəndaşların elektrik enerjisi təminatı, abunə kodunun verilməsi, işə qəbullabağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. 

    Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2024-cü il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin saytında yerləşdirilib. Eyni zamanda vətəndaşlar müraciətlərini (012) 974 “Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar Xətt”i, [email protected] elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsiləNazirliyə ünvanlaya bilərlər.
    PAYLAŞ:

    Oxşar xəbərlər