Qalib ölkə üçün prezident seçkiləri

Qalib ölkə üçün prezident seçkiləri
  • Cəmiyyət

  • Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Sərəncam imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. Seçki Məcəlləsinə əsasən, Prezident növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. 
     
    Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür. Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır. Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. 
     
    Prezidentliyə namizədin 50-yə qədər vəkil edilmiş şəxsi ola bilər. Göstərilən şəxslər Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınır. Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Xatırladaq ki, ölkəmizin tarixində ilk dəfə olaraq 2018-ci ildə hakim Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Həmin təşəbbüsə uyğun olaraq fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, 2018-ci il aprelin 11-də prezident seçkisi keçirilib və seçkidə 8 namizəd mübarizə aparıb.
         
    Azərbaycanın ərazi bütövlüyü və Qarabağ üzərində suverenliyinin tam bərpasıdır. İkinci amil 2024-cü ildəki geosiyasi vəziyyətlə əlaqəlidir. Cənubi Qafqazda və Azərbaycanda maraqları olan mərkəzlərdə - Rusiya, ABŞ və Avropa İttifaqında da 2024-cü ildə seçkilər keçiriləcək. Böyük oyunçuların başlarının öz seçkilərinə qarışacağından istifadə edilərək Azərbaycanda da seçkini keçirməyə üstünlük verilib. Bu halda Azərbaycanda prezident seçkisinin keçirilməsi üçün planlaşdırılan 2025-ci ili gözləməyə ehtiyac yoxdur.
     2024-cü il bütün dünya üçün ən mühüm dəyişikliklərin gözlənildiyi ildir. 2024-cü il ərzində Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz uğrunda amansız savaş aparan iki ölkədə - martda Rusiyada, noyabrda isə ABŞ-də prezident seçkiləri keçirilməlidir. Növbədənkənar seçkilər imkan verəcək ki, Azərbaycan daha əmin və arxayın şəkildə qarşısına qoyduğu hədəflər üzərində irəliləsin.



    Ceyhun Hüseynov,                                                               
    Masallı RMX İƏ üzrə mütəxəssis

    PAYLAŞ:

    Oxşar xəbərlər