Masallıda "Uşaqlar üçün hekayələr" kitablarına həsr olunmuş tədbir keçirilib

Masallıda "Uşaqlar üçün hekayələr" kitablarına  həsr olunmuş tədbir keçirilib
  • Cəmiyyət

  • Masallı rayon Mərkəzi ktabxana Kollektor sisteminin oxucular zalında rayon Ağsaqqallar Şurasının və Mərkəzi Kitabxananın birgə təşəbbüsü ilə Ümummilli  Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tanınmış yazıçı - publisist, Azərbaycan Yazıçıları və Jurnalistləri birliklərinin üzvü III dərəcəli Vətənə xidmətə görə ordenli dövlət qulluğu veteranı 18 kitabın müəllifi, RAŞ-nın sədri Ələşrəf Niftiyevin uşaqlara həsr etdiyi Kiçiklərə, böyüklərə və hər kəsə "Uşaqlar üçün hekayələr" kitablarına həsr olunmuş oxucular konfransı keçirilmişdir. Tədbir "Uşaqların və yeniyetmələrin təlim- tərbiyə işinin uğurlarında Heydər Əliyevin xidmətləri" mövzusuna həsr olunmuşdur.

    Tədbiri giriş sözü ilə Mərkəzi ktabxananın əməkdaşı Rasif Dadaşov çıxış etmişdir. Ulu öndər Heydər Əliyevin və Qarabağ döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mövzu barədə "Yeni həyat" qəzetinin baş redaktoru Əlihüseyn  Şükürov məlumat vermişdir. Kitablar barədə müzakirələrdə ağsaqqal Əlövsət Sadıqov Ulu öndərə həsr etdiyi şerini söyləmişdir. Vətən müharibəsi qazisi Covid Nuri 44 günlük zəfər qələbəmizdə keçdiyi döyüş yolundan və bu ilin sentyabrında düşmənin fasiləsiz terror addımlarına qarşı Milli ordumuzun lokal əks tədbirlərinin əhəmiyyətindən söz açmışdir. Çıxış edən digər uşaq birliyi nümayəndələri və oxucular müəllifə mövzu ilə müxtəlif suallar ünvanlamış və cavablar dinlənilmişdir. Respublikanın bu ilki qeyd etdiyi Olimpiya günündə idmanın karate növü üzrə birinciliklərində  bu il iki dəfə çempion adını qazanan məktəbli Murad Quliyev şuranın fəxri fərmanı və pul mükafatı ilə təltif edilmişdir. İdmançının məşqçisi Sabir Lətifova, o cümlədən qalib idmançının valideynləri Ziyafət və Aidə Quliyeva təşəkkür məktubları  ünvanlanmışdır.


    İbrahim Şükürov,
    Masallı rayon Agsaqqallar Şurasının mətbuat katibi AJB-nin üzvü.


    PAYLAŞ:

    Oxşar xəbərlər