1 Fevral 2023-ci il tarixdə Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Masallı Rayon Agsaqqalar Şurasının və rayon Kitabxanasının bir qrup agsaqqal yazarı və kitabxana fəalının yaradıcılıgında Heydər Əliyev strategiyasının təbligi ilə bağlı birgə yaradıcılıq görüşü keçirilmişdir.
Giriş sözünü Mərkəzi kitabxananın direktoru Zamin Məmmədov açdı. Heydər Əliyev Azərbaycan Dövlət müstəqilliyinin memarı və qurucusudur, mövzusunda Rayon Ağsaqqallar Şurasının sədrı Ələşrəf Niftiyev məruzə etmişdir.
Tədbirdə tanınmış şəxsiyyət, uzun müddət rayonda müxtəlif məsul vəzifələrdə çalışmış, 3-cü dərəcəli Vətənə xidmətə görə ordenli, 16 kitabın, yüzlərlə iri həcmli məqalələrin müəllifi yazıçı- publisist, rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev başda olmaqla ağsaqqallardan Nurməmməd Ağa, şairə Meysaba Aslanova, şair Tahir Hüseynov, tanınmış jurnalist, "Yeni Həyat" qəzetinin məsul katibi və 10-na qədər
kitabın müəllifi Həsənağa Əliyev, rayon Ağsaqallar şurasının mətbuat katibi Azərbaycan Jurnalistlər Birliyinin üzvü İbrahim Şükürov, Gülcahan Vəkilzadə Heydər Əliyev Mərkəzinin direktor əvəzi, Əntiqə Tagıyeva tarix - diyarşünaslıq muzeyinin direktoru çıxış etdilər.
Tədbirin yekununda tanınmış şəxsiyyət, uzun müddət rayonda müxtəlif məsul vəzifələrdə çalışmış, 3-cü dərəcəli Vətənə xidmətə görə ordenli, 16 kitabın, yüzlərlə iri həcmli məqalələrin müəllifi yazıçı- publisist, rayon Agsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev çıxış etmişdir.
İbrahim Şükürov,
Masallı Rayon Agsaqqallar şurasının mətbuat katibi.
Azərbaycan Jurnalistlər birliyinin üzvü.