Masallıda “Şəxsiyyətin harmoniyası işığında” kitabının təqdimatı olub

Masallıda “Şəxsiyyətin harmoniyası işığında” kitabının təqdimatı olub
  • Cəmiyyət

  • 25 oktyabr 2023-cü il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı Dövlət Regional Kollecinin təşəbbüsü ilə maraqlı kitab müzakirəsi keçirilıib.

    Masallı Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, yazıçı-publisist, “Qızıl qələm” və H.B.Zərdabi media mükafatları laureatı Ələşrəf Niftiyevin Ümummilli Lider Heydər Əliyevin 100 iliiyi ilə əlaqədar Milli Liderin irsinin öyrənilməsinə və milli-mənəvi dəyərlərimizin təbliği, maarifləndirmə işində rayon Ağsaqqallar Şurasının əlaqədar təşkilatlarla birlikdə həyata keçirdiyi yanaşmalardan bəhs edən “Şəxsiyyətin harmoniyası işığında” kitabının təqdimatı olub.

    Tədbiri Masallı Dövlət Regional Kollecinin direktoru, «Tərəqqi» medallı Vidadi Nəzərov açaraq bu yaxınlarda Bakıda, «Elm və təhsil» nəşriyyatında çapdan çıxan yeni kitab haqqında fikir söyləyib.

    Masallı RİHB-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əlimərdan Abdullayev tədbir iştirakçılarını rayon rəhbəri cənab Araz Əhmədov adından salamlayaraq, müəllifi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib.

    Tədbirə toplaşanlara Ə.Niftiyevin həyat və yaradıcılığını əks etdirən videoçarx təqdim edilib. 

    Sonra tədbir iştirakçıları uzun müddət məsul vəzifələrdə çalışmış III dərəcəli “Vətənə Xidmətə görə” ordenli Dövlət qulluğu veteranı Ələşrəf Niftiyev haqqında xoş sözlərini dilə gətirib, kitabla bağlı fikirlərini bölüşüblər.

    Yazarın qələm yoldaşları Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva, Masallıda çıxan «Yeni həyat» ictimai-siyasi qəzetinin Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin və RF Jurnalistlər İttifaqının üzvü Əlihüseyn Şükürov, yazıçı Xodaşirin Cəbiyev, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Soltanağa Cəfərov, «Yeni həyat» qəzetinin məsul katibi Həsənağa Əliyev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon sektorunun rəisi Sabiq Cahangirov, 
    şair-publisist Tahir Heydərli, Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova, həmin kollecinin tarix müəllimi Baba Həsənov, rayon Ağsaqqallar Şurasının Masallı şəhər üzrə sədri Fəxrəddin Talıbzadə, Masallı rayon Mərkəzi Kitabxanasının direktor əvəzi Zamin Məmmədov və başqaları Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Ə.Niftiyevin sayca 17-ci və 3 bölmədən ibarət olan kitabını böyük maraqla oxuduqlarını bildirib, əsəri yüksək qiymətləndiriblər. Onlar Ə.Niftiyev haqqında xoş sözlərini dilə gətirib, “Şəxsiyyətin harmoniyası işığında” kitabı ilə bağlı fikirlərini bölüşüblər.Natiqlər kitabın oxucular, eləcə də gələcək nəsillər üçün əvəzedilməz töhfə olduğunu vurğulayıblar. Oxucular həmçinin bildiriblər ki, kitab həyatımızın, cəmiyyətin, insanların, milli-mənəvi dəyərlərimizin yeri və qiyməti barədə, habelə üzləşdiyimiz problemlərin həllində yaxın məsləhətçi olmaqla yanaşı, oxuculara xeyirxahlıq missiyası bəxş edən gözəl töhfədir. Qeyd edilib ki, yazıçının ərsəyə gətirdiyi 77 səhifəlik kitabda Masallının tanınmış ağsaqqal və yaradıcı şəxsiyyətlərinin ömür yolundan bəhs edildiyini, cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrin məharətlə əks etdirildiyini diqqətə çatdırıb bildiriblər ki, 78 yaşlı ədibin həyatdan götürdüyü olaylar əsasında qələmə aldığı nəsr əsərlərində, eləcə də xatirə və esselərdəki əsas leytmotiv milli-mənəvi dəyərlərimizin qorunması, hərbi-vətənpərvərlik işinin təbliği istiqamətində yeni nəslə örnək və nümunədir.

    Təqdim olunan kitab barədə müsbət rəy söyləyənlər müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

    El ağsaqqalı, dəyərli ziyalı Ələşrəf Niftiyev tədbirin təşkilinə görə Masallı rayon rəhbəri Araz Əhmədova, toplaşanlara minnətdarlığını bildirib, kitab nüsxələrini imzalayaraq oxuculara təqdim edib. 17 kitab, yüzlərlə publisistik yazı, hekayə və tərcümə əsərinin müəllifi deyib ki, əgər ömür vəfa qılarsa bundan sonra da yazacağım əsərlərdə xalqa, dövlətçiliyə xidmət yönümündə əhali, xüsusilə gənclər və məktəblilər arasında ölkəmizin uğurlarının təbliğinə geniş yer verəcək, daha məzmunlu, oxunaqlı kitablarla görüşünüzə gələcəyəm.

    Tədbirin sonunda Masallı Dövlət Regional Kollecinin tələbələrinin ifasında Ümummilli Lider Heydər Əliyevin 100 iliiyi ilə əlaqədar dahi şəxsiyyətin şərəfinə həsr edilən şeirlər səsləndirilib.


    İbrahim ŞÜKÜROV,
    Masallı Rayon Ağsaqqallar Şurasının mətbuat katibi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.


    PAYLAŞ:

    Oxşar xəbərlər