AMEA-da “Çağdaş Türkman ədəbiyyatı” mövzusunda elmi seminar keçirilib

AMEA-da “Çağdaş Türkman ədəbiyyatı” mövzusunda elmi seminar keçirilib
  • Cəmiyyət

  • AMEA-nınNizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda“Çağdaş Türkman ədəbiyyatı” mövzusunda elmi seminar keçirilib.

    Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının sədri,akademik Teymur Kərimli, kərküklü şair, tədqiqatçı, musiqişünas, ədəbiyyatşünas, ictimai xadim Dr. Şəmsəddin

    Kuzəçi, Qazaxıstandan gəlmiş alimlər və Akademiyanın elmi əməkdaşları iştirak ediblər.

    Əvvəlcə seminarın mövzusuna həsr olunmuş kitab sərgisinə baxış keçirilib.

    Tədbirigiriş sözü ilə akademik İsa Həbibbəyli açaraq İraq-Türkman və Azərbaycan ədəbiyyatının əlaqələrindən danışıb,xoryat janrında yazılan əsərlərin Kərkük ədəbiyyatında xüsusi rolunu vurğulayıb. Qeyd edib ki, Kərkük ədəbiyyatı mövzusunda 70-dən artıq kitabın müəllifi olanŞəmsəddin Kuzəçi İraq-Azərbaycan, Kərkük-Azərbaycan elmi-ədəbi əlaqələrinin inkişaf etdirilməsində böyük xidmət göstərir. Bu gün İraq-Azərbaycan ədəbi, mədəni əlaqələrinin yüksək səviyyədə inkişaf etməkdə olduğunu deyən akademik İsa Həbibbəyli bu əlaqələrin Kərkükdə yaşayan soydaşlarımızınöz ana dillərində məktəblərini, mədəniyyətini qurub daha da möhkəmlətməsinə xidmət etdiyini söyləyib. 

    Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, AMEA Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli iclasında İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurası yaradılıb, şuraya İraq-Türkman tarixi, dili, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası və folkloru ilə bağlı araşdırmaların əlaqələndirilməsi və sistemli koordinasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi tapşırılıb. AMEA rəhbəri bu günlərdə şuranın ilk iclasının keçirildiyini, “İraq-Türkman ləhcəsinin tarixi-dialektoloji təsviri” mövzusunda müzakirələrin aparıldığını vurğulayıb, bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini bildirib.

    AMEA rəhbəriİraq-Türkman alimlərinin elmi məqalələrindən ibarət kitabın çap olunması zərurətindən də söz açıb.

    Daha sonra akademik İsa Həbibbəyli Dr. Şəmsəddin Kuzəçiyə Azərbaycan-İraq-Türkman ədəbiyyatının tədqiqi və təbliği sahəsindəki görkəmli xidmətlərinə, Azərbaycan elmi-ədəbi dairələri ilə səmərəli əlaqələrinə görə Ədəbiyyat İnstitutunun “Fəxri doktoru” diplomunu təqdim edib. 
    Sonra çıxış edən Şəmsəddin Kuzəçi tədbirin təşkilinə və onun fəaliyyətinə verilən yüksək qiymətə görə akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib. “Çağdaş Türkman ədəbiyyatı” mövzusunda məruzə ilə çıxış edən Ş.Kuzəçi İraq türkmanlarının İraqda məskunlaşma tarixinə nəzər salıb. Çağdaş Türkman ədəbiyyatının ümumi mənzərəsini yaradan tədqiqatçı görülmüş işlər barədə ətraflı məlumat verib,çağdaş Türkman şairlərinin ikicildlik antalogiyasını hazırladığını qeyd edib. 

    AMEA-nın İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının sədri,akademik Teymur Kərimli və şuranın sədr müavini, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev görülən işlərin əhəmiyyətini yüksək qiymətləndirib, şuranın geniş Tədbirlər planının hazırlandığını bildiriblər.
    Həmçinin qazaxıstanlı alim Ağmaral İsmaqulova, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov və tarix elmləri doktoru Güllü Yoloğlu çıxış edərək bu tədbirin çağdaş Türkman ədəbiyyatı ilə bağlı gələcək işlərə böyük təkan verəcəyinə əminliklərini ifadə ediblər.


    PAYLAŞ:

    Oxşar xəbərlər