Masallıda 3,5 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Leqal.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
00:23
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Lənkəran stansiyasından 29 km şimalda, Masallı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ 3 bala qədər hiss olunub”, – Mərkəzin məlumatında deyilir.
Yerli vaxtla 00:58-də qeydə alınan yeraltı təkanların ocağı 18 km dərinlikdə olub.