Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanda zəlzələ olub.

    Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
    Bildirilib ki, zəlzələ Saatlı, Beyləqan, Mingəçevir,Yardımlı və Qəbələ rayonlarında hiss olunub.
    ***
    Kürdəmirdə 5 maqnitudalı zəlzələ olub.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
    Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:38-də qeydə alınıb.

    Zəlzələnin dərinliyi 52 kilometr olub.

    ***
    Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Kürdəmir stansiyasından 14 km cənubda Kürdəmir ərazisində zəlzələ qeydə alınıb.

    Zəlzələ episentrdə 5 bala qədər, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
    ***
    Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Kürdəmir stansiyandan 14 km cənubda Kürdəmir ərazisində episentri baş verən zəlzələ, Qəbələ, İsmayıllı, Ağsu ,Ucar, Göyçay, Mingəçevir,  Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında  4-3 bala qədər hiss olunub.
    ***
    Zəlzələ nəticəsində hazırki vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

    Bu barədə FHN məlumat yayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər