Azərbaycanda növbəti təkrar yeraltı təkanlar qeydə alındı

Azərbaycanda növbəti təkrar yeraltı təkanlar qeydə alındı
  • Hadisə

  • Azərbaycanda gün ərzində ikinci dəfə zəlzələ baş verib.

    "Leqal" Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, 4,5 bal gücündə yeraltı təkanlar yerli vaxtla saat 16:48-də Pirqulu seysmoloji stansiyasından 14 kilometr cənubda qeydə alınıb.

    Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bala qədər hiss edilib.

    Bundan əvvəl yerli vaxtla saat 16:46-da Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda - Şamaxı rayonu ərazisində yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin maqnitudası 5,1 olub. Ətraf rayonlarda isə 4,3 bal hiss olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər