Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları onun bu millətə bəxş etdiyi ən dəyərli mirasdır. Hansı ki, bu tarixə qızıl hərflərlə düşəsi kəlamları Azərbaycanın bu gününə və sabahına işıq tutur, bizə dövləti və onun siyasətini, təhsil və mədəniyyətimizi daha yaxşı öyrədir. Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün inkişafında tarixə düşəsi müdrik kəlamlar təkcə Azərbaycanda deyil, bütün dünyada sevilə-sevilə öyrənilir. Dövlətçiliyin bütün sahələrində söylədiyi sitatlardan çox cüzi bir hissəsini təqdim edirik.
Ordu bir xalqın qürur mənbəyidir. Güclü orduya sahib olmaq üçün bütün gücümüzlə çalışmalıyıq.
“Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya sahib olmaq lazımdır” kəlamı Heydər Əliyevin həyat devizinə çevrilmişdir. Hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanda ordu quruculuğuna böyük diqqət yetirmişdir. Hələ Sovetlər Birliyində dahiyənə uzaqgörənliklə Bakıda Naxçıvanski adına Hərbi Məktəb açmışdır. Bu məktəbin yetirmələri Qarabağ uğrunda gedən döyüşlərdə müstəsna igidlik və qəhrəmanlıq nümunələri göstərmişlər.
“Biz Azərbaycan ordusunun dünyanın ən güclü ordularından birinə çevrilməliyik və çevirəcəyik”. Güclü ordumuz II Qarabağ müharibəsində öz gücünü bütün dünyaya göstərə bildi. Əzəli torpaqlarımız Ana Vətənimizə qovuşdu. Bu tarix boyu qazandığımız ən böyük nəaliyyətlərimizdən biri olmuşdur. Bu böyük tarixi qələbəmizin təməli Heydər Əliyev tərfindən qoyulmuş güclü ordumuzun misilsiz qəhrəmanlığı sayəsində mümkün oldu. Ulu öndər dahiyanə şəkildə belə demişdir:
“Böyük siyasəti kiçik hislərə, xırda mənfəətlərə bağlamaq olmaz. Həqiqi mənəviyyatı milyonlarla, milyardlarla almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydir”.
Tarix həmişə hər şeyi öz yerinə qoyur. Əgər hər hansı ölkənin xalqı hüquqlarını saxlayır və onu qoruya bilirsə, o zaman ən kiçik dövlətlər belə ən böyük dövlətlər qədər güclü olur.
Ədalətsizliklə ədaləti bərpa etmək olmaz. Ağıl olan yerdə zora ehtiyac yoxdur. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daim əbədi olması bundan da çətindir.
Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır. Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir. Dövlət iki şeydən sarsılır” Cinayətkar cəzasız qalanda, günahı olmayan cəzalananda”.
Bu kəlamlar Heydər Əliyev məktəbidir. Hər birimiz gələcəyimiz üçün bu məktəbdən faydalanmağa borcluyuq.
Ağamalı Bayramov,
Təzə Alvadı kənd E.Əhədov adına 1 saylı tam orta məktəbin tarix müəllimi