Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır.
Ordu bir xalqın qürur mənbəyidir. Güclü orduya sahib olmaq üçün bütün gücümüzlə çalışmalıyıq. “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya sahib olmaq lazımdır” kəlamı Heydər Əliyevin həyat devizinə çevrilmişdir . Ulu öndər hər zaman ordu ilə bağlı danışarkən qeyd etmişdir ki, Hərbi peşə, zabitlik peşəsi, Vətəni müdafiə işi müqəddəsdir. Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir. Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir. Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var . Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox.
Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Bu, bizim müqəddəs vəzifəmizdir, hər bir kəsin şərəfli vəzifəsidir. Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər”, “Möhkəm, daimi sülh üçün müstəqil dövlətin güclü ordusu olmalıdır . Mən əminəm ki, bizim ordumuz bu gün Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəldilmiş hər hansı bir qəsdə layiqli cavab verməyə hazırdır. Orduda xidmət etmək hər bir azərbaycanlının şərəfli borcudur. Orduda xidmət edən, əsgərlik borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.
Ulu öndər hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanda ordu quruculuğuna böyük diqqət yetirmişdir. Hələ Sovetlər Birliyində dahiyənə uzaqgörənliklə Bakıda Naxçıvanski adına Hərbi Məktəb açmışdır. Bu məktəbin yetirmələri Qarabağ uğrunda gedən döyüşlərdə müstəsna igidlik və qəhrəmanlıq nümunələri göstərmişlər.
Biz Azərbaycan ordusunun dünyanın ən güclü ordularından birinə çevrilməliyik və çevirəcəyik. Güclü ordumuz II Qarabağ müharibəsində öz gücünü bütün dünyaya göstərə bildi. Əzəli torpaqlarımız Ana Vətənimizə qovuşdu. Bu tarix boyu qazandığımız ən böyük nəaliyyətlərimizdən biri olmuşdur. Bu böyük tarixi qələbəmizin təməli Heydər Əliyev tərfindən qoyulmuş güclü ordumuzun misilsiz qəhrəmanlığı sayəsində mümkün oldu. Ulu öndər dahiyanə şəkildə belə demişdir:
Ceyhun Hüseynov,
Masallı MRX İƏ söbəsinin mütəxəssisi