Azərbaycan və Tacikistan xalqı arasında münasibətlər qədim tarixə malikdir

Azərbaycan və Tacikistan xalqı arasında münasibətlər qədim tarixə malikdir
  • Cəmiyyət

  • Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir ki, onların bir qismi Mərkəzi Asiyaya, o cümlədən Tacikistana XX əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədilə, digərləri isə Stalin repressiyasının qurbanı olaraq göndəriliblər. Azərbaycanlı Mirzə Davud Hüseynov 1930-1933-cü illərdə Tacikistan KP MK-nın birinci katibi olub.
                 
    Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.
               
    İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin mayın 29-da qurulmuşdur. 
    Azərbaycan ilə Tacikistan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olmuşdur. 
               
    Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon 11 iyul 2012-ci il tarixində "Heydər Əliyev" ordeni ilə təltif edilmişdir.
                 
    Bu münasibətlərin inkişafı və daha möhkəmləndirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 5-də Düşənbədə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü olub. Bu səfər Tacikistan-Azərbaycan münasibətlərinin aktual məsələlərini ətraflı müzakirə etmək və yeni artım nöqtələrini müəyyənləşdirmək üçün yaxşı fürsətdir. Bu qarşılıqlı fəaliyyət siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və bir sıra başqa sahələri əhatə edəcəkdir.
    Prezident İlham Əliyev çıxışında hər iki ölkənin xalqları arasında uzun müddət ərzində fəal qarşılıqlı əlaqə saxlanıldığını. Artıq 30 ildən çox inkişaf edən dövlətlərarası münasibətlərin dövründə iki ölkənin çox möhkəm təməl yaratmağa və bu təməl üzərində dostluğunun möhkəm binasını qurmağa nail olduğunu söylədi. 
             
    Hal hazırda Azərbaycan Tacikistanla həm çoxtərəfli formatda, həm də xüsusilə ikitərəfli formatda fəal qarşılıqlı əlaqə saxlayır.Prezident İlham Əliyevin çıxışında qeyd etmişdir ki,  biz həmişə mehriban dostlar kimi çox səmimi əməkdaşlıq edirik. Əlbəttə, dövlət səfəri çərçivəsində yeni qərarlar qəbul ediləcək, çoxlu sənədlər imzalanacaq, onlar münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək. Biz gündəlikdəki geniş məsələləri  həm ticari-iqtisadi sahədə, nəqliyyat-logistika sahəsində, həm də investisiya siyasəti sahəsində çox böyük perspektivləri ətraflı müzakirə edəcəyik.
                 
    Prezident İlham Əliyevin bu çıxışından göründüyü kimi Azərbaycanla Tacikistan arasında olan qədim, bir birinə tarixən bağlı münasibətlərin günümüzdə də inkişafı və əlaqələrin gücləndirilməsi üçün böyük addımlar atılır. Hər iki dövlət arasında böyüməkdə olan siyasi-iqtisadi münasibətlərin inkişafı, dövlətlərarası əlaqələrin yaxşılaşdırılması dövlətimizin dünya miqyasındakı dövlətlərin sırasında daha yüksək pillələrə qalxmasının göstəricisidir.



    Çingiz  Rəvvaq
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı
    PAYLAŞ:

    Oxşar xəbərlər