Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
  • Cəmiyyət

  • Aprelin 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim cənub küləyi əsəcək.

    Milli Hidrometeorologiya Xidmətindən Leqal.az-a verilən məlumata görə, havanın temperaturu gecə 8-11° isti, gündüz 16-20° isti olacaq.

    Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq.Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında hava əsasən yağmursuzolacaq. Lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-6° isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər