Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı
  • Cəmiyyət

  • Azərbaycanda aprelin 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Leqal.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

    Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5°, gündüz 7-9° isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək
    Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər Böyük Qafqazın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-7°, gündüz 11-16° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər