Azərbaycan Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib. Qəbul zamanı cənab Prezident İlham Əliyev çıxış etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında M.Məmmədovun Prezidentin xüsusi nümayəndəsi vəzifəsinə təyin olunduğunu, ona böyük etimad göstərildiyini və bu etimadın doğrultması üçün ona əmin olduğunu bildirib.O,çıxışında Laçın rayonun ərazisinə görə ölkəmizin ən böyük bir rayonu olduğunu və bu rayonun çox böyük bir potensiala malik olduğunu vurğulayıb."Əlbəttə ki,Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək".Dövlətimizin başçısı çıxışında Laçın rayonunun 28 il işğal altında qaldığını və bu işğal dövründə rayonun, demək olar ki,bütün infrastrukturunun erməni hərbi birləşmələri tərəfindən məhv edildiyini,ətraf mühitə böyük miqdarda ziyan vurulduğunu qeyd edib.O,çıxışında 60 min hektar meşə fondunun ermənilər tərəfindən məhv edilərək talan olunduğunu,həmin meşə fondunun çox hissəsinin Laçın rayonunun ərazisinə düşdüyünü söyləyib.
Azərbaycan Prezidenti çıxışında işğal dövründə erməliər tərəfindən Laçın rayonunda qanunsuz məskunlaşma aparıldığını və bu məskunlaşmanın beynəlxalq konvensiyaya zidd olduğunu və bunun hərbi cinayət daşıdığını ifadə edib."Əfsuslar olsun ki, Ermənistan dövləti bu hərbi cinayətə görə hələ də məsuliyyətə cəlb edilməmişdir. Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonu da işğal edilmişdir . Bu ölkəmiz üçün böyük faciə idi,laçınlılar üçün böyük faciə idi və bu,AXC -Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi".Dövlətimizin başçısı çıxışında Laçın rayonunun həm döyüş meydanında,həm də siyasi yollarla qaytarıldığını bildirib.Şuşa şəhərinin işğaldan azad edilməsi nəticəsində faktiki olaraq, Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır.Vaxtilə "Qarabağ Ermənistandır"deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur və 2020- ci ilin noyabrın 10- da kapitulyasiya aktı Ermənistan rəhbərliyi tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi- ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir.
"Bu bizim böyük tarixi Zəfərimizdir". Cənab İlham Əliyev çıxışında ikinci Qarabağ müharibəsi başa çatandan sonra rayonun bizim nəzarətimizdə olmasına baxmayaraq, Laçın şəhərinin nəzarətimizdən kənarda olduğunu bildirib. Azərbaycan Prezidenti çıxışında demişdir: "Bunun obyektiv səbəbləri var idi.Çünki Ermənistandan Qarabağa gedən yol Laçın şəhərinin ortasından keçirdi.2020- ci ilin noyabrın 9- da Rusiya prezidenti ilə gün ərzində apardığım bir çox saatlıq telefon danışıqları nəticəsində biz nail olduq ki, Laçın şəhərinin də Azərbaycana qaytarılması şərtləndirilsin.Bu məqsədlə alternativ yolun. çəkilişi mənim təkidimlə yekun Bəyanata salınmışdır və müddət göstərilmişdir ".Dövlətimizin başçısı çıxışında Laçın rayonunda böyük quruculuq və abadlıq işləri aparıldığını,500- ə yaxın fərdi evlərin inşa edildiyini, səkkiz çoxmərtəbəli binanın yenidən qurulduğunu və ya əsaslı təmir olunduğunu,30- dan çox ictimai binanın inşa edildiyini bildirib.
O, çıxışında Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək, böyük bir enerji mənbəyinin yaradılacağını qeyd edib."Bütövlükdə isə qarşıya məqsəd qoyulmuşdur ki,azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat olsun,gələcəkdə isə 500 meqavata çatmalıdır.Laçın və Kəlbəcər rayonlarında böyük külək enerjisi potensialı var ".Sonda Azərbaycan Prezidenti İlham Əliyev Prezidentin xüsusi nümayəndəsi olan Məsim Məmmədova bir çox tapşırıqlarını verərək, etimadının doğrultmasını onun nəzərinə çatdırıb.
Ziyafəddin Cavadov,
S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi