Novruz tətilindən sonrakı ilk iş günündə hava necə olacaq?

Novruz tətilindən sonrakı ilk iş günündə hava necə olacaq?
  • Cəmiyyət

  • Sabahın hava proqnozu açıqlanıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
    Səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim şimal küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında sabah hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

    Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər