Prezident İlham Əliyevin Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

Prezident İlham Əliyevin Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
  • Cəmiyyət

  • Artıq illərdir ki, Azərbaycanda Novruz Bayramı qeyd edilir. Sovetlər birlyinin tərkibində olan vaxtlarda bu bayramın keçirilməsi qadağan edilsədə, Azərbaycanda müstəqilliyi təkrar qazandıran Ulu Öndər Heydər Əliyev milii bayramımızın təkrar dövlət səviyəsində qeyd edilməsini bərpa etdi. Uğurlu siyasəti davam etdirən Cənab Prezident İlham Əliyev bu günə qədər Novruz Bayramını keçirilməsi üçün hər bir şərait yaratmışdır. Ən böyük sevinc bizim üçün Novruz Bayramının işğaldan azad olunmuş Qarabağda da,qeyd olunmasıdı. Artıq 3-cü ildir ki, dövlət başçısı bayram münasibətilə  xalqımızı işğaldan azad edilmiş torpaqlardan təbrik edir .Bu ildə prezident 2020-ci il 3 oktyabır tarixində azad olunmuş Talış kəndindən xalqa təbrik mesajı ünvanladı.
               
    Prezident cıxış edərək bildirdi ki, "Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq. İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Bütün Azərbaycan xalqını bir daha salamlayıram. Bütün Azərbaycan xalqına yeni-yeni uğurlar, yeni qələbələr arzulayıram!
               
    Otuz ilə yaxın müddət ərzində torpaqlarımız işğal altında idi. Ermənistan xalqımıza qarşı etnik təmizləmə siyasəti aparırdı. Yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salınmış, qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı soyqırımı törədilmişdir, ədalətsizlik törədilmişdir, hərbi cinayətlər törədilmişdir. Biz bunu heç vaxt unutmayacağıq və  heç vaxt unutmamalıyıq.
                 
    Biz otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda öz haqq səsimizi ucaltmışdıq. Ancaq əfsuslar olsun ki, bizim sözümüzə reaksiya verən qurum tapılmadı. Əksinə, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər məsələni həll etməyə yox, dondurmaq üçün səylər göstərirdi. İndi İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində əldə edilmiş yeni məlumatlar bunu bir daha təsdiqləyir.
                 
    Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq kimi, yumruq kimi birləşdi. Biz işğal edilmiş torpaqları qan tökərək azad etdik. Prezident onuda qeyd etdiki biz onlara öz gücümüzü sübut etməyimizə baxmayaraq Ermənistan silahlı dəstələri bu gündə təxribatlara əl atır, sülh müqaviləsini imzalamaqdan yayınır."Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki, dərs olmayıb. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Biz Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik. Ermənistanın arxasında dayanan bəzi ölkələri də bax, buradan – azad edilmiş Talış kəndindən xəbərdar edirik ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz.
               
    Otuz il ərzində Ermənistan və onun havadarları, onun arxasında duran müttəfiqləri bizi haqq işimizdən çəkindirmək üçün müxtəlif imkanlardan, müxtəlif vasitələrdən istifadə etməyə çalışırdılar, bizi mənasız danışıqlarla yormaq istəyirdilər, bizi işğalla barışdırmaq istəyirdilər.
               
    Sonda isə prezident Qarabağ torpağında, Zəngəzur torpağında dayandığını qürurla vurğuladı "Biz bu gün doğma Qarabağ torpağında, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq. Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır. Bizim hər birimiz, xaricdə yaşayan azərbaycanlılar da daxil olmaq şərtilə iki il yarım müddət ərzində qürur hissi ilə yaşayırıq. Hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Necə ki, Vətən müharibəsində 44 gün ərzində irəliyə getmişiksə, müharibə başa çatandan sonra bütün sahələr, bütün istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik.
                   
    Mən əziz xalqımı qarşıdan gələn Novruz bayramı münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm, bir daha çıxışımı məşhur olan sözlərlə tamamlamaq istəyirəm: “Qarabağ Azərbaycandır!”.  
                     
    Xalqımıza hər zaman bayramlar qismət olsun gələn bayramlarımızı şimallı, cənublu, bütöv Qarabağda və bütöv Azərbaycanda qeyd edək.



    Nəzrin Həbibli,
    Masallı rayonu Tüklə kəndi.
    Əli İbadov adına Tüklə kənd tam orta məktəbi
    Uşaq Birliyi Təşkilatı Rəhbəri
    PAYLAŞ:

    Oxşar xəbərlər